Icma.az
close
up
RU
Əli İsa Cabbarov Şeyx Əbdüldən niyə danışmaq istəmədi...

Əli İsa Cabbarov Şeyx Əbdüldən niyə danışmaq istəmədi...

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Əbdül Mahmudov (Şeyx Əbdül) mərhum Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri postu ətrafında yaranan müzakirələrdən danışıb.

"Cebheinfo.az" pravda.az-a istinadən xəbər verir ki, Xalq artisti Şəfiqə Məmmədovanı sədr postuna ən çox layiq namizəd sayıb:

“Bilmirəm, Əli İsa Cabbarov özünü kənardan necə İttifaqa salıb. Şəfiqə Məmmədova isə onsuz da birinci katibdir. Əslində, İdarə Heyətinin sədrliyə namizədlik vermək ixtiyarı yoxdur. Çünki qurultayda əvvəlcə hesabat dinlənilir, qiymət verilir, fərdi çıxışlar olur.

Bundan sonra hamı buraxılır, eyni səlahiyyətlə tam bərabərhüquqlu şəkildə namizədlikləri irəli sürülür. Buna ixtiyarları var. Sən vəzifədə ola-ola öz namizədliyini necə verə bilərsən? Gülməli görünmür? 

Bunlar isə oyun oynayırlar. 

Allah Rasim Balayevə rəhmət eləsin. Son vaxtlar onun xəstəliyindən sui-istifadə etdilər. Əli İsa Cabbarov "peçatı" da əlinə keçirib, kinoya aidiyyatı olmayan adamları İttifaqa doldurub. Axı İttifaqın Nizamnaməsi var. 

Kimlər İttifaqın üzvü ola bilər, hamısı Nizamnamədə yazılıb. Mən İttifaqın üzvü olanda on beş filmə çəkilmişdim, dörd filmdə isə ikinci rejissor işləyirdim. "Dəli Kür", "Bizim Cəbiş müəllim", "Şərikli çörək" kimi...

Dünən universitet bitirib, haradansa özəl studiyalarda işləyənləri Əli İsa Cabbarov İttifaqa doldurub. Özü üçün sosial baza yaradıb, indi də namizədliyini irəli sürür. Əli İsa, əvvəla, sənin sədr olmağa heç bir mənəvi və hüquqi haqqın yoxdur. Sən kino xadimi deyilsən, həvəskar, xırda sənədli film çəkən rejissorsan.

Oqtay Mirqasımov, Ayaz Salayev, Cəmil Quliyev, mən və digərləri kənara çəkilmişik. Çünki Əli İsa Cabbarov İttifaqda özfəaliyyət bazarı açıb.

Özü də istəyir ki, "bazarkom" olsun. Sən necə Şeyx Əbdül Mahmudov, Fəxrəddin Manafov, Oqtay Mirqasımov kimi adamların rəhbəri ola bilərsən? Bu bazarda nə oyun oynayırsan?

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə keçirilən toplantıda bu məsələdən də danışılacaq. Ayıbdır, yaxşı deyil. Bu gün Azərbaycan kinosunun vəziyyəti çox pis və acınacaqlı vəziyyətdədir.

Kinonu bu acınacaqlı vəziyyətdən çıxarmaq üçün ilk növbədə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri nüfuzlu, cənab Prezident, dövlət məmurları və ictimaiyyət tərəfindən tanınan, etimad göstərilən, sevilən şəxsiyyət olmalıdır.

Belə bir şəxsiyyət praktikada artıq özünü sübut etmiş, möhtərəm Prezidentimizin yanında fikir bildirə biləcək adam Şəfiqə Məmmədovadır. Ağbirçək, təcrübəli xanımdır. Kinostudiyamızı ağır vəziyyətdən çıxara bilər. İttifaqdan küsüb gedənləri qaytara biləcək yeganə şəxsiyyət Şəfiqə Məmmədovadır. İstəsək də, istəməsək də...”.

Əbdül Mahmudov bir neçə il öncə Şəfiqə Məmmədovanın saxta yolla sədr seçilməsi barədə dediyi sözlərə isə belə aydınlıq gətirib:

“Bu, məni yandırıb tökür. Azərbaycan kino camiyəsini iki yerə bölmüşdülər. Ölkədə iki ittifaq var idi. Heç bir hüquqi əsasları yox idi. Mən istəyirdim ki, bir araya gəlsinlər, vahid ittifaq olsun.

Bunun davasını aparmışam. Demişəm ki, qeyri-qanunidir. Bir ölkədə iki kino ittifaqı ola bilər? İkisi də dövlət büdcəsindən maliyyələşirdi.  Mübarizəmdə qalib çıxdım.

Allaha şükür, mərhum Rasim Balayev və Şəfiqə xanım başa düşdülər, bir araya gəldilər. Bundan sonra rəsmi Azərbaycan Kinematoqrafçılar İttifaqı yarandı, Balayev sədr seçildi. Qərəzli jurnalistlər fikirlərimi təhrif etmişdilər. Bu mənim günahım deyil.

Mədəniyyət naziri də, ARKA da çox böyük işlər görür, dəstək verir. Qalır İttifaq... İttifaqı da istədiyimiz səviyyədə yoluna qoysaq, kinostudiyamızı ayağa qaldıra bilərik”.

Məsələ ilə bağlı “Cebheinfo.az”-ın əməkdaşı Əli İsa Cabbarovla əlaqə saxlayıb.Əli İsa Cabbarov isə Şeyx Əbdülün iddiasına cavab və ya reaksiya verməyə ehtiyac duymayıb:

“Onun iddiasına cavab verməyə ehtiyac duymuram”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:293
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 May 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri