Icma.az
close
up
RU
Əli Kərimli Ağdama niyə getməyib?

Əli Kərimli Ağdama niyə getməyib?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Avropa Parlamentinin  18 dekabr tarixli qətnaməsi “işğal partiyası”na və təcavüzkarlığa 35 il verilən dəstəyin Qələbəmizdən sonrakı davamıdır. Qərbli çinovniklər və millət vəkillərinin nəzərində nəticəsini tanımadıqları Zəfərimiz hələ baş verməyib, avropalı siyasətçilərin beynində 26 sentyabr erası hələ yaşayır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib.

“Xalq Cəbhələri İkinci Dünya müharibəsindən əvvəl faşizmə qarşı silah kimi yaradılıb, daha sonra sovetləri iflasa uğratmaq üçün alət olub, indi isə müstəqil ölkəmizə qarşı tətbiq olunur. Faktiki olaraq, 90-cı illərdə hakimiyyətə gətirilən belə qüvvənin üzərindən bir vaxtlar Qorbaçovdan ermənilərə müstəqillik tələb edənlər sonra məhz AXC-nin etnik barışmazlıq siyasətini əldə bayraq edib Azərbaycana qarşı sərt sanksiyalar tətbiq etdilər. İndi heç bir tərəfdar gücü olmayan bir siyasi qüvvənin adı ilə qəbul edilən qərar faktiki ölkəmiz üzərində qurulan prokuror və hakim davranışının göstəricisi, ölkəmizin müstəqil məhkəmə sisteminin qəbul edilməməsi deməkdir..

ABŞ-ın tarixində heç bir lider Donald Tramp qədər Azərbaycan liderinə heyranlığını ifadə etməyib, özünün sosial paylaşımlarında açıq simpatiya göstərməyib, USAİD kimi qurumların adı yumşaq, mahiyyətcə sərt güc-rejim dəyişdirmə əməliyyatlarının ifşası nəticə etibarilə ölkəmizə qarşı təzyiq imkanlarını tükədib, indi hansı metodla geosiyasi təsir qazanacaqlarını bilmirlər.

8 avqust Vaşinqton razılaşması Brüsseli zərbə altında qoydu. Azərbaycanın varlığı tarixində belə legitimlik və yüksək tanınma olmayıb. Digər tərəfdən, İlham Əliyev Ermənistanı Avropanın əlindən alıb, onun imperiya maraqlarına xidmət imkanlarına zərbə vurulub. İndi Azərbaycana təzyiq üçün mütləq yeni daxili xəyanətkarlar gərəkdir. Sülh Qərb üçün təhlükə törədir, bölgəni sümürməyə vasitələr qalmır.

Hakimiyyət çevrilişinə hansı ölkənin dəstək verdiyi ortada olduğu halda indi guya Ukrayna məsələsində qlobal koalisiya quranlar Azərbaycan məsələsində dövlət çevrilişinə dəstək verirlər. İndi rəsmi Kiyevin bizim xalqımız üzərində aparılan 30 illik möhtəkirlik kampaniyalarının guya 51 dövlətlə Rusiyaya qarşı deyil, hakimiyyəti dəyişdirməyə çalışanların yanında olmaqla qalib iqtidarı nə üçün süngü qarşıladıqlarını göstərirlər. Qələbəmiz həmçinin, Avropa Parlamentinin üzərində qazanılıb.

Eva Kaylin adlı vitse-prezidentin korrupsiya üstündə həbsi siyasi lobbimizn bütün prinsiplərə zərbə vurduğunu göstərir..

Siz bir zəngilanlının, yaxud kəlbəcərlinin lehinə qərar, yaxud onların evlərini tikintisinə bir sent yardım etməmələri yüksək ideallar haqda bəlağətli nitqləri ifşa edir. Bir vaxtlar “Marşal planı” ilə dağılmış Avropanı quranlar indi insan haqları adı altında 20 faiz ərazidə bir tikiliyə yardımçı olaraq, qurucu  Qərb mütəfəkkirlərinin ruhunu şad etmək istəmirlər.

2 dekabrda Ermənistanda Qarabağ danışıqlarına dair keçmiş sənədlər ictimaiyyətə açıqlandı və üzə çıxdı ki, Ali Baş Komandan bağlı qapıları necə açıb, bütövlüyümüz üçün necə diplomatik siyasi döyüşüb. Əvəzində Minsk Qrupu bölgəni sümürmək üçün hansı təklifləri irəli sürüb.

Əli Kərimli pasporta malik deyilsə, heç olmasa daxildə bircə dəfə Ağdama getsəydi, göstərərdi ki, Qərbin yeni Vətən quruculuğuna münasibətində tələdə yem ikmi iştirak etməsin.

Qarabağ təkcə daxildə siyasi hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin əlindən çıxmayıb, həm də beynəlxalq dairələrin Cənubi Qafqaz üzərində apardıqları “zəif bənd” siyasətini mümkünsüz edir. Ona görə də belə qətnamələr ölkəmizi seçdiyi yoldan döndərə bilməz.

Qətnaməni oxuyarkən, Almaniyanın müdafiə naziri Boris Pistoriusun müsahibəsində dediyi bir ifadə Strasburq və Brüsselin məqsədlərini tam faş etdiyini göstərir. O deyir ki, Avropanın təhlükəsizliyi üçün Ukrayna müharibəni davam etməlidir. Belə sinizmin və acımasızlığının parlaq nümunəsi az görünür. Deməli, bir millətin faciəsi qoca qitənin maraqlarına yarayır.

Fransa Xalq Cəbhəsini təmsil edən Marin li Penin ağır sanksiyaya məruz qalmasına həmin Parlamentin dəstək vermədiyi halda ölkəmizə qarşı belə yola əl atması prinsiplərin deyil, məhz mənafelərin üstün tutulduğunu növbəti dəfə təsdiqləyir.

Qətnamələr Qələbəmizi əlimizdən ala bilməz!”

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see274

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see273

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see261

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see260

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see247

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see245

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see228

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see220

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see218

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see215

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see213

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see207

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see205

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see203

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see190

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see180

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see171

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see169

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see169

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri