Icma.az
close
up
RU
Əli Kərimli bilirdik, əslində Əli Kremlli imiş

Əli Kərimli bilirdik, əslində Əli Kremlli imiş

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hansı qanunsuz əməl sahibi və ya cinayət törətmiş şəxs etdiklərini heç nədən etiraf edir ki, Əli Kərimli və cəbhəçilər də etsin?! Əli Kərimli və cəbhə trolları çox şeyləri dana bilərlər. Necə ki, hal-hazırda edirlər. Daş atıb, başlarını tuturlar ki, bəs, Əli Kərimli aydan arı, sudan durudur. Ancaq belə deyil axı! Əli Kərimli özünü siyasət aləminə sıramağa çalışdığı bu neçə ildə sadəcə alət, ən yaxşı halda yarımçıq layihə və ya bloger olub. Blogerlər yenə təqdim etdikləri virtual məhsul qarşılığında qazanc əldə edirlər. Düzdür, Əli Kərimli də qazanc əldə edib, lakin sifariş yerinə yetirmək müqabilində.

Artıq bir çox məsələlər gün üzünə çıxmaqdadır. Mənbə də məlumdur. Hara bağlı olduqları, haraya ümid etdikləri də həmçinin. Belə olan halda Əli Kərimli alət deyil nədir? Heç layihə də ola bilməyən alət! Pul qarşılğında “siyasətçi” sifarişini yerinə yetirən alət!

Əli Kərimlin Ramiz Mehdiyevlə əlaqəsinin olması məsələsinə inanmaq istəməyənlər gərək, necə deyərlər, prosesləri bir qədər incələsinlər. 2013-cü ildə Milli Şuranın Rusiya Prezidentinə göndərdiyi məktuba imza atan və necə lazımdır öhdəlik götürməyə hazır olduqlarını bəyan edən əsas şəxslərdən biri Əli Kərimli olmuşdur. Həmin ünvana Ramiz Mehdiyev də eyni niyyətlə məktub göndərmişdi. Deməli, vizual olaraq müxtəlif qütblərdə olan bu iki şəxsi eyni niyyət birləşdiribmiş. Proseslərin ardıcıllığına diqqət etdikdə bir detal da diqqət çəkir. Əli Kərimli axırıncı dəfə nə vaxt mitinq edib? 2019-cu ilin 19 yanvarında və həmin tarixə qədər Əli Kərimli mütəmadi hər həftə sonu mitinq, icazəsiz aksiya keçirirdi. Sonradan nə baş verdi ki, meydan, küçə həvəskarı olan Əli Kərimli bircə dəfə də mitin keçirmədi və ya keçirə bilmədi? Həmin ilin oktyabr ayında Ramiz MehdiyevAzərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi. Niyyətləri təbii ki, dəyişməsə də çox şey dəyişdi. Əli Kərimli çıxışlarında özünü Rusiyaya qarşı biri kimi göstəridi. Bu da seçilmiş taktika idi, daha doğrusu maskalanmaq idi. Lakin adamların ümidi Rusiyaya idi. Bunlar altdan-altdan yazıb-pozurmuşlar ki, niyyətlərinə nail olsunlar. Əli Kərimli hakimiyyətə gələ bilmək üçün Kreml qulu olmağa iki əlli razı imiş. Əli Kərimli elə bir xislətin sahibidir ki, hakimiyyətə gələ bilmək üçün istənilən varianta gedər. Hətta adam adını belə dəyişər. Əli Kərimli deyil, Kreml əli və Əli Kremlli. Ancaq adam unudur ki, nə olur olsun, satqınlar, Vətənxainləri bir gün qanun qarşısında cavab verməlidirlər. Artıq o gün gəlib, özü də Bakı vaxtı ilə!

Anar Şahmuradov

YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:460
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Dekabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see376

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see291

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see257

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see249

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see246

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see231

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see204

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see204

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see197

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see186

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see175

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see168

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see167

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see162

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see162

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see159

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see154

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see146

Ukrayna parlamentinə Baş nazirin istefa ərizəsi daxil olub

13 İyul 2026 23:17see146

Bakı klubundan ayrılan braziliyalı bölgə komandasına qoşulmağa yaxındır

14 İyul 2026 01:50see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri