Əli Kərimli onunla eyni kamerada saxlanılır İnanılmaz çağırış
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Son zamanlar müşahidə edilən beynəlxalq proseslər fonunda tam səmimiyyətlə demək mümkündür ki, artıq Qafqaz və Mərkəzi Asiyadan daha geniş bir coğrafiyada təhlükəsizlik arxitekturası Bakıdan diqtə olunur və hüquqi-siyasi məzmunda etimad quruculuğunun lokomotivi məhz Azərbaycandır”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasındadeputat Bəhruz Məhərrəmov deyib.
O qeyd edib ki, biz tarixin bütün dövrlərində olduğumuzdan çox daha güclüyük:
“Etiraf edək ki, iri qlobal subyektlərin maraqlarının təmərküzləşdiyi bir coğrafiyada nə maliyyə imkanlarımız, nə demoqrafik göstəricimiz qlobal oyunçuya çevrilə bilməyimiz üçün təməl zəmin sayıla bilməz. Bu reallığın təməlində yalnız bir amil dayanır – Prezident İlham Əliyevin vizyonu və qətiyyəti.
Ölkədə son günlər müşahidə edilən proseslər də göstərdi ki, imperializm və onun ucuz uzantıları bu reallığı dəyişmək arzusuyla fürsət gözləyir. Məsələn, bu günlərdə din amilinə əl atmaq istədilər, amma reallıqda bilirik ki, ölkəmizdə dövlət-din münasibətləri çox yüksək səviyyədə təşəkkül tapıb. İlham Əliyev 7 müsəlman dövlətinin ərazisindən daha böyük ərazidə məscidləri tapdaqdan qurtarıb və göstərib ki, bizim Vətən boyda imanımız var”.
Deputat hazırda həbsdə olan AXCP sədri Əli Kərimli barədə maraqlı bir məqama diqqət çəkib:
“Radikal ünsürlər bir neçə həftə əvvələ qədər əlləri çatan bütün media qurumlarında hay küy salırdılar ki, Əli Kərimli dindarla bir kamerada saxlanır və bu onun həyatı üçün təhlükə yaradır. İndi təsəvvür edin bu təfəkkür sahibləri saxtakarcasına “vicdan azadlığı”nın “müdafiəsinə” qalxıblar.
Yaxud Azərbaycan və Türkiyə arasında münasibətlərlə bağlı xülyalara şahidlik etməkdəyik. İki ölkənin münasibətlərinin hazırkı mərhələsinə Azərbaycanın öz hesabına qazandığı mütləq Zəfəri fonunda Şuşa Bəyannaməsi ilə yön verilib. Cənab İlham Əliyevin nümayiş etdirdiyi siyasi qətiyyət heç bir qüvvənin bu reallığı dəyişə bilməyəcəyini göstərir.
Yəni mürəkkəb bir period keçdik, aydındır ki, tarix üçün belə situasiyalar yad deyil. Əsas olan belə proseslərdən güclü çıxmaqdır. Azərbaycan Prezidenti göstərdi ki, hər kəsi suverenlik xəttindən bəlli məsafədə saxlamağı bacarır və daxili yurisdiksiyamızda olan məsələlər barədə son sözü məhz milli iradə deyə bilər”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:32
Bu xəbər 23 Oktyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















