Icma.az
close
up
RU
Əli Kərimlinin bapbalaca “Le Monde”si, yəni dünyası

Əli Kərimlinin bapbalaca “Le Monde”si, yəni dünyası

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

AXCP adlı qruplaşmanın başında dayanan, özünü siyasətçi zənn edən Əli Kərimlinin Fransanın “Le Monde” qəzetində (saytında) öz aləmində “geniş” (oxuyarkən heç 4 dəqiqə çəkmir) müsahibəsi dərc edilib. Müsahibənin dərc olunma tarixi də maraqlıdır, daha doğrusu diqqətçəkicisdir. 27 sentyabr! Tarix, qəzetin mənsub olduğu ölkə, danışdırılan şəxs! Belə desək, Azərbaycan əleyhinə kompleks kompromatın təşkil olunması!

Əli Kərimlinin və qruplaşmasındakıların bəhbəhlə təqdim etdiyi müsahibə, daha doğrusu kompromat mətninə diqqət yetirdikdə bir çox məqamlar ortaya çıxır. O məqamlar ki, Əli Kərimli 4 dəqiqəlik bu müsahibəsində özü-özünü bir neçə dəfə ifşa edib.

Belə ki, yazıda heç şübhəsiz ki, Əli Kərimlinin özünün məlumatı əsasında qeyd olunur ki, guya onun internetə çıxışı bloklanıb. Lakin elə ilk suala cavabında Əli Kərimli bildirir ki, fikirlərini insanlara sosial şəbəkələr vasitəsilə çatdırır. Bir-birinə zidd olan bu fikirlər cəmi 8-9 cümlənin tamamaında ortaya çıxır. Sual yaranır, Əli Kərimlinin internetə çıxışı bloklanıbsa bəs o, sosial şəbəkələrdən necə istifadə edir? Olmaya onun sosial şəbəkə hesabları daş kömürlə, kerosinlə, dizellə işləyir? Gülünc durum deyilmi?!

Əli Kərimli müsahibəsində həmçinin deyir ki, Türkiyə ilə ittifaq dərinləşdirilməlidir. Daha bir yersiz fikir. Özünü siyasətçi hesab edən Əli Kərimli bəyəm bilmir ki, Azərbaycanla Türkiyə ən yaxın müttəfiqlərdir? Yoxsa, Şuşa Bəyannaməsinin imzalandığını unudub?

Müsahibəsində Əli Kərimli heç özü bilmədən də Prezident İlham Əliyevin mahir siyasətçi və diplomat olduğunu təsdiqləyir. Çünki ədaləti nə qədər dansan da mütləq o özünü biruzə verir. Siyasətini şər-böhtan üzərində quran Əli Kərimli anlamaq istəmir ki, o bu kimi əməlləri ilə xalqın gözündən çoxdan düşüb.

Əli Kərimli müsahibəsində özünü Rusiya əleyhinə fikirlərin sahibi kimi təqdim etsə də “Le Monde”də dərc olunmaq üçün bu yazını Fransaya “çerez Rusiya” göndərib. Müsahibəni verdiyi jurnalist Emmanuel Grynszpan məhz Rusiyada yaşayır və Azərbaycan əleyhinə, həmçinin Azərbaycan-Rusiya münasibətlərinin gərginləşdirilməsinə istiqamətləndirilmiş bir sıra yazıların müəllifidir. Görünən odur ki, anti-Azərbaycan dairələr və erməni lobbisi ölkəmizə qarşı çirkin, qarayaxma kampaniyalarını davam etdirirlər. Onlar üçün əslində fəqri yoxdur, Əli, Vəli, Pirvəli! Əli Kərimli də sevinir ki, bunu Fransada “raskrutka” edirlər. Daha düşünmür ki, bir alətdir, sapını verib özgə əllərə.

P.S. Şəkildəki Əli Kəriminin müsahibə verdiyi Emmanuel Grynszpandır. Adam jurnalistdən daha çox avaranı xatırladır.

Anar Şahmuradov

YAP Ağdaş rayon təşkilatının İdeoloji işlər üzrə məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri