Icma.az
close
up
RU
“Əli Kərimlinin həbsi Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində... Əli İnsanovdan açıqlamalar

“Əli Kərimlinin həbsi Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində... Əli İnsanovdan açıqlamalar

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əli Kərimlinin həbsinin olduqca ağır ittihamlarla ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində həyata keçirilməsi heç bir şübhə doğurmur və bu isə artıq dedi-qodu deyil”.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə sabiq nazir, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbsi ilə bağlı paylaşımında bildirib.

Ə.İnsanov xatırladıb ki, illər öncə Əli Kərimlinin əməkdaşlıq etmək istəyi ilə bağlı Rusiya rəhbərliyinə yazdığı məktub barədə məlumatlar dəfələrlə mətbuatda yer alıb: “Xüsusilə son illər Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla aşkarladığı və bütün hallarda qabaqlayıcı tədbirlərlə Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı istər ölkə daxilində, istərsə də ölkə xaricində planlaşdırılmış ağır cinayətləri aşkar edərək ayrı-ayrı gizli təşkilatları ifşa etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilib. DTX-nin qabaqcadan inandırıcı dəlillərlə dövlət çevrilişi və dövlətə xəyanət kimi ağır ittihamları irəli sürərək Ramiz Mehdiyevi həbs etməsi təşkilatın bu qəbildən olan növbəti böyük uğurudur. Odur ki, biz DTX-nin fəaliyyətini bəyənir və dəstəkləyirik”.

HƏP sədri bildirib ki, Ramiz Mehdiyevin uzun illər yüksək dövlət vəzifəsində təmsil olunaraq və özünün hüdudsuz səlahiyyətləri ilə təkcə ayrı-ayrı yüksək vəzifə sahiblərini, Milli Məclisin deputatlarını deyil, siyasi partiya və onların liderlərini də öz təsiri altına sala bilib: “Gizli olaraq ağır cinayət xarakterli çirkin əməllərinə cəlb edib, dövlət əleyhinə ağır cinayətlərə sürükləyib, onlarla birlikdə dövlət çevrilişinə cəhd edib. Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr və DTX-nin istintaq zamanı axtarışları nəticəsində əldə etdiyi sənədlər və dəlillər onun Əli Kərimli ilə törədilmiş cinayətdə əlbir olmasına şübhə yeri qoymur.

Göründüyü kimi, bu günə qədər aparılmış istintaq nəticəsində Ramiz Mehdiyevlə Əli Kərimlinin çirkin əməkdaşlığı barədə məhkəməyə təqdim etmək üçün yetərli sayda dəlillər mövcuddur. Bu dəlillər məhkəmənin gedişində təsdiqini tapdığı halda bu xəyanət yükünü Ramiz Mehdiyevlə bərabər təkcə Əli Kərimli deyil, onun rəhbərlik etdiyi AXCP də daşımış olur”.

“Həndəsə elminin üç perpendikulyar teoremində deyildiyi kimi, ölkəmizi əsrlərlə işğal altında saxlamış, sərvətlərini sümürüb aparmış, zaman-zaman ölkəmizdə soyqırımlar törətmiş, faktiki olaraq tarixi düşmən dövlətin vassalına çevirmək planı və arzusu bu cütlüyün vətəndaş hüquqlarından məhrum ediləcəklərinə tam əsas verir.

Ramiz Mehdiyevi və onunla birlikdə olanları Azərbaycanın dövlətçiliyinə və milli maraqlarına qarşı törətdikləri xəyanətə görə lənətləyirəm. Bu gün bütün dünyanın gözü Azərbaycandadır. Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı böyük təhlükəyə çevrilmiş təkcə xarici düşmənlərdən deyil, həm də artıq çox acı həqiqətə çevrilmiş daxili düşmənlərdən də uğurla qoruya bilməsi üçün heç vaxt olmadığı kimi xalqımızı qalib Prezidentimiz İlham Əliyev cənablarının ətrafında sıx birləşməyə çağırıram”, - Ə.İnsanov qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://mia.az
archiveBu xəbər 01 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri