Icma.az
close
up
RU
Əli Kərimlinin istintaqa cəlb edilməsi yeni faktları üzə çıxaracaq Deputat

Əli Kərimlinin istintaqa cəlb edilməsi yeni faktları üzə çıxaracaq Deputat

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Ramiz Mehdiyev işində Əli Kərimli və digərlərinin dindirilməyə dəvət edilməsi və artıq Əli Kərimli barəsində məhkəmənin iki ay on günlük həbs qətimkan tədbiri qərarı verməsi cəmiyyət üçün bir çox məsələləri aydınlaşdırır. Biz bilirik ki, hələ 2002-ci ildə cənab Prezidentin ilk prezident seçkilərində müxalifətin ixtişaşları sistemli şəkildə idarə olunurdu. Burada hər halda təxminlər var, amma Mehdiyevin və onu dəstəkləyənlərin burada bir əlinin olması mümkündür".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirdi.

Onun sözlərinə görə, əsas məsələ isə 2013-cü ildə növbəti prezident seçkilərində baş verib:

"Bu, Moskvada yaradılan Milli Liderlər İttifaqı və orada bir qrup Rusiyada yaşayan azərbaycanlı milyonçuların toplanması, təkliflər alınması və Azərbaycanda Gürcüstan modelinə oxşar bir sistemi icra etməyə çalışmaları idi. Digər məsələ – onlar gürcü dramaturq Rüstəm İbrahimbəyovu ön plana çəkərək onu müxalifətin namizədi kimi seçkiyə getməyə razı salırdılar. Sonra isə təbii ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olması, ikili vətəndaşlığı olan şəxsin prezidentliyə namizəd ola bilməməsi məsələsi ortaya çıxır və onlar Cəmil Həsənlinin üzərində dayanırlar. Beləliklə, artıq İctimai Palata və Rusiyada Abbas Abbasovun rəhbərliyi altında yaradılan Azərbaycan Ziyalılar Forumu ləğv edilərək Milli Şura adlı bir qrup yaradılır və Cəmil Həsənli həmin Milli Şuranın sədri olur, amma faktiki idarəetmə Əli Kərimlidə olur".

Millət vəkili qeyd etdi ki, bu qurumun qısa vaxt ərzində maliyyə ilə təmin olunması, ən zəngin restoranlarda toplanması, Rüstəm İbrahimbəyovun Cəmil Həsənli, Pənah Hüseyn, Əli Kərimli və partiya sədrləri ilə görüşləri keçirilməsi və Cəmil Həsənlinin vahid namizəd kimi irəli sürülməsi baş verir.

"Bütün bunlar müşahidə olunanda və məntiqlə düşünüləndə bu məsələlərdə dövlət aparatında çalışan administrasiya rəhbəri Ramiz Mehdiyevin guya dövlət işləri ilə məşğul olması, amma pərdə arxasında bu anti-milli şura üzvlərini dəstəkləməsi üzə çıxır.

Hazırda Əli Kərimlinin istintaqa cəlb edilməsi də bu məsələlərlə bağlıdır və artıq məlumatlar var ki, Gültəkin Hacıbəyli də Türkiyədən Azərbaycana deport olunub və ifadə verir. Yəni bu qara qrupun uzun illər boyu Azərbaycanda müxalifət adı ilə dövlətə qarşı fəaliyyətlərlə məşğul olması barədə şübhələr yaranıb və Dövlət Təhlükəsizliyi Xidmətinin istintaqçıları onlardan 2013-cü ilin maliyyəsini haradan aldıqlarını, maliyyəni nəyə xərclədiklərini, ümumiyyətlə məqsədlərinin nə olduğunu, Ramiz Mehdiyevlə əlaqələrinin hansı formada qurulduğunu araşdırırlar. Bütün bunlar, təbii ki, istintaqın gedişində üzə çıxacaq və ictimaiyyət də tam məlumatlandırılacaq. Əsas məsələ qısa və konkret deyilməlidir: Azərbaycan dövləti bu gün çox güclüdür. Cənab Prezident İlham Əliyevin qətiyyəti və zəkası dövlətimizi həm daxili, həm də xarici düşmənlərdən qoruya bilir. Bu gün Azərbaycan dünyanın ən güclü ölkələrindən biridir. Biz dünyanın nadir ölkələrindən biriyik ki, 21-ci əsrdə dondurulmuş münaqişəni özümüz həll etdik. Müharibədə böyük zəfər qazandıq. Dünyanın ən qürurlu xalqlarından birinə çevrilmişik və inkişafımız bu gün də davam edir. Belə bədxahlar, belə xam xəyallara düşən insanlar fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər və dövləti içəridən sarsıtmağa cəhd edənlər mütləq qanun qarşısında cəzalarını almalıdırlar", - deyə sonda müsahibimiz yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Dekabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri