Əli Kərimlinin mühafizəçisinin məhkəməsi başladı
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
AXCP sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Globalinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Nemət Kərimov vəsatət verib.
O, cinayət işinə xitam verilməsi, seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və Novruz Tağıyevin məhkəmə prosesində şüşə qəfəsdən çıxarılaraq vəkilin yanında əyləşdirilməsi barədə vəsatətlər təqdim edib.
Məhkəmə müşavirədən sonra yalnız Novruz Tağıyevin şüşə qəfəsdən çıxarılması barədə vəsatəti təmin edib.
Məhkəmə baxışı yanvarın 21-nə təyin eidlib.
Qeyd edək ki, Tağıyev Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 14 Yanvar 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















