Icma.az
close
up
RU
“Əli Koç mənim peşəkarlığıma yetərincə dəyər vermədi” MÜSAHİBƏ

“Əli Koç mənim peşəkarlığıma yetərincə dəyər vermədi” MÜSAHİBƏ

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə “Qalatasaray”a bir çox dünya ulduzunu qazandıran tanınmış menecer Corc Qardi “Türkiyə” nəşrinə müsahibə verib.

"Football-plus.az" xəbər verir ki, Devinson Sançes, Torreyra, İkardi, Osimhen, Morata və başqa futbolçuların Türkiyəyə gəlişində mühüm rol oynayan 43 yaşlı italiyalı menecer bir çox mövzuda səmimi etiraflar edib.
- Sizin adınız çəkiləndə yada düşən ilk klub “Qalatasaray” olur. Bəs indiyə qədər “Fənərbaxça” ilə işbirliyiniz olubmu?
- Türkiyədə ilk böyük transfer əməliyyatım 2015-ci ildə Eto`Onu “Antalyaspor”a gətirməyimlə başladı. Həmin yay Mario Qomesi də “Beşiktaş”a mən gətirdim. Sonrakı dönəmdə “Antalyaspor”da klub rəsmisi və baş məsləhətçi kimi bir sıra transferlərdə rolum oldu. “Trabzonspor”un 2022-ci ildə çempion olmuş heyətinin qurulmasında da böyük rol oynamışam. “Fənərbaxça”ya gəlincə, onlara böyük hörmətim var. Türkiyədə görüşdüyüm ilk klublardan biridi. 2019-un aprelində Əli Koçla görüşüm oldu. Bir neçə aydan sonra Elif Elması 18 milyon avroya “Napoli”yə satdıq. Ona qədər Türkiyədə heç vaxt gənc oyunçunun satışından belə böyük məbləğ əldə olunmamışdı. Ancaq bu satışın ardından Əli Koçun peşəkarlığıma və əməyimə yetərincə dəyər vermədiyini gördüm. Ona görə də artıq onunla çalışmamağa qərar verdim.
- Bəs Türkiyədən kənarda böyük transferləriniz olubmu?
- Ümumilikdə Türkiyə futboluna baxış tərzini dəyişdiyimi düşünürəm. Mən sübut etdim ki, bura tək karyerasının sonuna yaxınlaşan ulduzlar yox, həm də karyerasının zirvə nöqtəsində olan önəmli isimlər də gələ bilər. Türkiyənin bütün dünyadakı imicini daha pozitiv etdim. Bəli, başqa ölkələrdə də mühüm transferlərim olub. Az öncə Elmasdan bəhs etmişdik. Onu 25 milyon avroya “Napoli”dən “Leyptsiq”ə transfer etdim.
- “Qalatasaray”da ilk iki mövsümdə Ərdən Timurla birlikdə çalışırdız. İndi “Qalatasaray”da futbol şöbəsi Maruf Günəş, İbrahim Hatipoğlu və Abdulla Kavukçu kimi isimlərin əlindədi. Bu durum işinizi çətinləşdirirmi?
- Bəli, ilk mövsümdə Ərdən bəyilə çox gözəl anlaşırdıq və əla nəticələr əldə etdik. Ona mövsümü 13-cü pillədə bitirən bir komandanı çempionluğa oynayan bir komandaya çevirmək üçün planlarımı, fikirlərimi açıqladım. Düzdü, ikinci mövsüm bir qədər fərqli keçdi. Amma yenə də arada qarşılıqlı hörmət var idi. Açığı, bəzi transferlər mənim xəbərim olmadan həyata keçirildi. Məsələn, Seferoviç, Oliveyra, Mata, Midtşö, Zaha, Bakambu, Anxelinyo, Ross, Vinisius, Orye kimi isimlərin transferində əməyim olmadı. Eyni durum indiki rəhbərlik üçün də keçərlidi. Yakobs, Kuesta, Şallai, Lemina, Yelert, Sara, Batşuayi kimi tramsferlərdə işbirliyimiz olmadı. Bir klubda eyni layihəni birdən artıq insan həyata keçirməyə çalışdıqda müəyyən problemlər yaranır. Futbolda uğur qazanmaq üçün ilk növbədə məsuliyyəti üzərinə götürə bilən düzgün adamı seçmək lazımdı. Amma Abdulla Kavukçunun rəhbərliyə gəlişi ilə birlikdə pozitiv yöndə dəyişikliklər oldu.
- Osimheni qışda “Əl-Hilal”a satmaq istədiyiniz haqda deyilənlər doğrudu?
- Qətiyyən doğru deyil. Viktor “Qalatasaray”a gələrkən mənə mövsüm bitmədən öncə başqa heç bir klubla anlaşmayacağına söz verdi. Həqiqətən də gələn çoxsaylı təkliflərə baxmayaraq, sözünün üstündə durdu.
- Osimheni ilk dəfə Okan Buruka təklif etdikdə reaksiyası necə oldu?
- Osimhen bəlkə də Türkiyə futbolunun ən ikonik transferidi. 25 yaşında, karyerasının zirvə nöqtəsində və dəyəri 100 milyon avro olan bir adamdan bəhs edirik. Məhz bu transfer tək “Qalatasaray”a yox, bütövlükdə Türkiyə futboluna baxışın dəyişməsinə səbəb oldu. Bu transferi başlayan da, davam etdirən də, bitirən də mən oldum. Okan Buruka ilk dəfə durumu anladanda məsələnin ciddiliyini dərhal başa düşdü. Camiədə bəzi etiraz səsləri ucalsa da, mənə dəstək verdi. Çünki həmin vaxt klubda çoxları düşünürdü ki, İkardi ilə Batşuayi hücum xətti üçün yetərlidi. Amma Osimhen transfer edilməsəydi, “Qalatasaray” indi turnir cədvəlində hansı mövqedə olardı?
- Onun “Qalatasaray”da qalmaq ehtimalı varmı?
- Çox yüksək səviyyəli və çempion xarakterli futbolçudu. Zatən ürəyi istədiyi hər klubda rahat şəkildə oynaya bilər. İndi “Qalatasaray”da çox xoşbəxtdi və hər anın dadını çıxarmaq istəyir. Gələcəyi ilə bağlı qərarı isə mövsüm tamamlanandan sonra verəcək. “Napoli” yayda onun icarəsi üçün məndən 6-7 milyon avro gətirməyi tələb etmişdi. Amma mən bu transferi heç bir icarə haqqı ödənilmədən tamamladım! Ötən ilin sentyabrında rəhbərliklə anlaşmağa çalışdım. Transferdə yeganə söz sahibi olmaq istədim. Amma buna razılıq vermədilər. Klub öz sistemini və strategiyasını həyata keçirdi. Bu üzdən qış transfer dönəmində bəzi fürsətlər əldən çıxdı. Unutmayaq ki, maddi qazanc təkcə oyunçu satışı ilə yox, həm də doğru zamanda alınan oyunçularla mümkündü. 2023-ün yayında Səudiyyə Ərəbistanından bir klub İkardiyə görə PSJ-yə 25 milyon avro təklif etmişdisə, mən bu tramsferi 10 milyon avroya bitirdim. Torreyranın dəyəri 12 milyon avro olarkən biz onu 6 milyon avroya aldıq. Zanyoloya görə 15 milyon avro ödəndi. Halbuki ondan cəmi bir neçə gün öncə premyer-liqadan 30 milyon avroluq təklif almışdı. Ziyeş və Mertens kimi ulduzları, ümumiyyətlə, pulsuz gətirdim.
- Şkrinyarın “Qalatasaray”ı yox, “Fənərbaxça”nı seçməsinə görə sizi günahlandıranlar oldu...
- Bu mövzuda tənqidi fikir səsləndirənlər məsələnin məğzini bilmirlər. Bu məsələdə səhvim onda oldu ki, səssiz qaldım. Vaxtında açıqlama verməliydim. Şkrinyarı ən birinci “Qalatasaray”a təklif edən mən oldum. Parisdə həm futbolçunun özü, həm də klub rəsmiləri ilə görüşdüm. Ondan “Qalatasaray”a gələcəyinə dair söz aldım. Menecerinə də bu barədə məlumat verildi. Ancaq sonradan durum dəyişdi. Həm meneceri böyük komissiya haqqı tələb etdi, həm də “Fənərbaxça” PSJ-yə “Qalatasaray”dan ikiqat çox pul təklif etdi. Şkrinyar daimi oyun praktikasına malik deyildi. Bu üzdən 4-5 aya görə ona 7-8 milyon avro xərcləməyin düzgün olmayacağını “Qalatasaray”a bildirdim. Əslində Şkrinyarın yerinə alternativlərim var idi. Onların arasında ÇL-də oynayan futbolçular da mövcud idi. Şkrinyarı almamaq məsələsində “Qalatasaray” rəhbərliyi məni dinləsə də, yeni oyunçuların alınması məsələsində bildikləri kimi hərəkət etdilər. Öz strategiyalarına uyğun bir mərkəz müdafiəçisi aldılar.
- Sizinlə bağlı əsas tənqid ondan ibarətdi ki, kluba önəmli ulduzlar qazandırsaz da, oyunçu satışı məsələsində eyni dərəcədə uğurlu deyilsiz.
- Mən ilk növbədə “Qalatasaray”ı zəiflətmək yox, gücləndirmək istəyirəm. Dəfələrlə olub ki, heyətdəki futbolçularla bağlı kluba təkliflər gətirmişəm. Ən son Batşuayinin “Ayntraxt”a transferini mən reallaşdırdım. Zanyolonun “Aston Villa”ya icarəsini mən idarə etdim. Torreyra üçün İtaliyadan “Qalatasaray”ın ödədiyindən ikiqat artıq bir təklif gətirdim. Eyni zamanda Əbdülkərim Bardakcı və Nelsson üçün Səudiyyə Ərəbistanından, Fransadan təkliflər oldu. Amma bunların hamısı klub tərəfindən rədd edildi.
- “Qalatasaray”a transferini reallaşdıra bilmədiyiniz ən önəmli futbolçu kimdi?
- 2023-də Omar Marmuşun “Volfsburq”la müqavilə müddəti bitmək üzrə idi. Onu “Qalatasaray”a təklif etsəm də, fürsəti əldən buraxdılar. Ötən yay Gela Duenin transferini, demək olar, başa çatdırmışdım. Amma son anda “Qalatasaray”la onun meneceri arasında yaşanan problem üzündən keçid baş tutmadı. Zalevski üçün də “Roma” ilə anlaşmanı tamamlamışdım. Amma o, klubundan ayrıla bilmədi. Dibala isə özü “Roma”da qalmaq istədi.
- Ümumiyyətlə, Türkiyənin futbol mədəniyyəti haqda nə düşünürsüz? Burdakı fanatlarla İtaliyadakı fanatları müqayisə edə bilərsizmi?
- Hər iki ölkədə son dərəcə çılğın fanatlar var. Türkiyədə fanatların klublarına bağlılığını, yenilikləri təqib etmək üsulunu bəyənirəm. Onlar üçün azarkeşlik etdikləri klub sanki bir ailə üzvüdü. Həm də futbol bilikləri yüksəkdi. Hər sözə necə gəldi inanmırlar. Durumu soyuq başla təhlil edirlər. Son dönəmlərdə fanatların mənə göstərdiyi maraq və sevgi işimə olan məsuliyyəti daha da artırır. Fanatlarla fikir mübadiləsi aparmaq, söhbət etmək çox xoşuma gəlir. Hətta sırf buna görə bəzən “Qalatasaray”ın stadionuna metro ilə gedirəm.
- Okan Buruku yaxından tanıyırsız. Onun haqda nə deyərdiz? Bəzən çox ciddi tənqidlərlə qarşılaşır. Bu mövsüm çempon ola biləcəkmi?
- Okan Buruku çox bəyənirəm. Həmişə səmimi və düzgün münasibətlərimiz olub. Oyunçularla da eyni cür münasibət qurur. Ona görə də futbolçular onu sevir. Qazandığı qələbələr, topladığı xallar zatən onun yerinə hər şeyi deyir. Mən bu statistik göstəricilərin, rekordların hələ uzun illər qırılmayacağını düşünürəm. Tənqidə gəlincə, guya hansı məşqçi tənqid olunmur ki?! Ançelotti, Kapello, Tuxel, Qvardiola... Hamısı tənqid olunur. Çünki tənqid bu işin bir parçasıdı. Amma bu gün Okan Buruku tənqid edənlər gələcəkdə statistikasına baxıb onun üçün darıxacaqlar. Çempionluğa gəlincə, mən həmişə “kim güclüdüsə, o da qalib olsun” prinsipinə əsaslanmışam.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see154

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see141

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see138

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see125

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see124

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Şükür Həmidovun oğlu yüksək bal topladı: Atamın arzusunu reallaşdıracam

22 Aprel 2025 17:30see119

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see116

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see115

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see114

Zelenski Vatikanda Trampla görüşə bilər

23 Aprel 2025 00:04see114

Vaşinqtonun Suriyadan 8 tələbi: Dəməşq İranı və İŞİD i... SENSASİON VƏ AĞIR ŞƏRTLƏR

22 Aprel 2025 18:09see113

Arif Əsədov: “Bu, onlar üçün son şansdır”

22 Aprel 2025 19:26see112

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see111

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see109

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see109

Naxçıvanda istedadlı şagirdlərlə görüş

23 Aprel 2025 01:49see109

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri