Icma.az
close
up
RU
Əli Məsimli Bakı Tblisi Bakı qatarının bərpasından danışdı

Əli Məsimli Bakı Tblisi Bakı qatarının bərpasından danışdı

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanla Gürcüstan arasında dəmir yolları vasitəsilə sərnişindaşıma bərpa olunacaq.

Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü Əli Məsimli Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

“Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı məsələ Azərbaycan və Gürüstan dövlət başçıları səviyyəsində müzakirə olunduqdan sonra bu istiqamətdə konkret addımların atılmasının detallarının Gürüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri arasında keçirilmiş görüşdə müzakirə edilən məsələlərdən biri olduğu bildirilir. Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcəyi barədə məlumatlar verilir. Yəqin ki, yaxın vaxtlarda bu yöndə dəqiqləşmələr olacaq.Bu istiqamətdə nəzərdə tutulan işlərin reallaşdırılması gediş-gəlişi daha çox olan Azərbaycan və Gürcüstan kimi iki qonşu ölkənin əhalisinin, xüsusən də qohumluq və çox sıx əlaqələri olan vətəndaşlarımızın xeyrinə olar.

Qaxda seçicilərlə görüşlər zamanı qaldırılan məsələlər arasında Azərbaycanın Gürcüstanla sərhəddinin Balakən rayonunun ərazisində yerləşən “Mazımçay” sərhəd-keçid məntəqəsi ilə bağlı bir sıra sadələşdirilmələrin edilməsi məsələsi də xüsusi yer tutur. Bir neçə dəfə gürcü millətindən olan Azərbaycanın vətəndaşlarının Gürcüstanda müalicə aldıqdan sonra həmin sərhəd məntəqəsi ilə qayıtmasına şərait yaradılması məsələsi qaldırılıb.Bu əsasda etdiyimiz müracətlərə aidiyyəti orqanlar çox həssas və operativ yanaşaraq həll edib. Bu işdə əməyi olan hər kəsə, xüsusən də Azərbaycanın Gürgüstandakı hörmətli səfirimizə çox-çox təşəkkürümüzü bildirərik. Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımanın bərpa edilməsi ilə yanaşı Azərbaycanın Gürcüstanla sərhəddinin Balakən rayonunun ərazisində yerləşən “Mazımçay” sərhəd-keçid məntəqəsi ilə bağlı da, xüsusən də xəstələr üçün bir sıra sadələşdirilmələrin edilməsi və Gürcüstanda təhsil alan tələbələrimiz üçün isə limit məsələsinə də baxılması məqsədəuyğun və işimizin xeyrinə olar”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Fevral 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri