Icma.az
close
up
RU
Əli Mirəliyev aktrisa Çimnaz haqda SİRLƏRİ AÇDI “Onun gözəlliyi...

Əli Mirəliyev aktrisa Çimnaz haqda SİRLƏRİ AÇDI “Onun gözəlliyi...

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Dekabr ayında Çimnazla əlaqə saxladım. Dedi ki, Türkiyədədir”.
Bizim.Media xəbər verir ki, bu sözləri "Yenisabah.az"-a tanınmış müğənni Əli Mirəliyev mərhum aktrisa Çimnaz Sultanova ilə bağlı açıqlamasında bildirib. O, aktrisanın vaxtsız ölümündən təsirləndiyini söyləyib:
"Mən onun xəstəliyini əvvəldən bilirdim. Noyabrın sonu, dekabrın əvvəlində nəvəm üçün toy etdim. Bütün dostlarımı, yaxınlarımı toya dəvət etdim, o cümlədən, Çimnaza da bu münasibətlə zəng etdim. Mənə dedi ki, atam xəstələnib Türkiyəyə gətirmişəm. Atasına nə olduğunu soruşdum. Cavabı o oldu ki, həkimlər baxacaq. Dedim ki, atanı bəhanə edib özün üçün getmisənsə, bunu mənə bildir, mən seyidəm, cəddim sənə kömək olar. İsrarla dedi ki, yox, atamı gətirmişəm. Xərçəng elə xəstəlikdir ki, adamı 5-10 günə öldürmür. Uzunmüddətli müalicə tələb edir. Aylarla həkimə getməli olursan”.
Müğənni aktrisa ilə dostluq əlaqələrinin olduğunu da vurğulayıb:
“Mən xəbəri eşidəndən sonra zəng etdim, telefonu götürən olmadı. Atası fağır kişidir. Çimnazı bir insan kimi çox istəyirdim. Bir Roza Zərgərlini, bir də onun yeri mənim üçün çox ayrıdır. Onda əsl xanım-xatın görünüşü var idi. Keçmişdə rus qadınlarını fırça ilə çəkib təsvir edirdilər. Həmin o əndam, boy-buxuna sahib qadın idi Çimnaz... Biri var, estetiklə dartıb düzəldilənlər, biri də var təbii gözəllik. Bax, onun gözəlliyi təbii idi. Allah onu tez apardı. Qəni-qəni rəhmət olsun. O, ölümə layiq biri deyildi”.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Yanvar 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri