Əli Mirəliyev: “Flora xanım tamaşaçını qızılsız, sadə geyimlə cəlb edir”
Icma.az, Adelet.az portalına istinadən məlumat verir.
İfaçı Əli Mirəliyev illər sonra İlhamə Quliyevanın həmkarı Flora Kərimovanı qəbul etməsindən danışıb.
Adalet.az bildirir o, Flora Kərimovanın daha üstün səsə malik olduğunu qeyd edib:
“İlhamə Quliyeva ömür boyu Flora Kərimovanı qəbul edə bilmədi. Amma bunu hər kəs bilir ki, Flora Kərimova sənətkardır. Klassik Estrada mahnılarını mükəmməl ifa edən professional sənətçidir. Bunu kim dana bilər axı?!Həmişə İlhaməyə deyirdim ki, qohumumsan, səni çox istəyirəm. Oxuyursan, hardasa oxumağına geyiminlə, zinət əşyalarınla maraq da qatırsan. Amma Flora təbiidir. Qızılsız, sadə geyimdə tamaşaçını səsi ilə cəlb edir. Deyirdim ki, qəbul et ki, Flora səndən yaxşı oxuyur. Ola bilər özün sevmirsən, amma onun sənətinə hörmət etməyə, özünə hörmət etməyə borclusan. Bunu qəbul etmək çətin məsələ deyil ki.
Ancaq ömrünün sonuna az qalmış qəbul etdi. Başa düşdü ki, mən həqiqəti deyirəm”.
Əntiqə
Baxış sayı:81
Bu xəbər 02 Sentyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















