Icma.az
close
up
RU
Əli Mirəliyev: “Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” Həmkarını BİABIR ETDİ

Əli Mirəliyev: “Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” Həmkarını BİABIR ETDİ

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Efirdə davalar və qalmaqallar daim olur. Elə bir neçə gün bundan əvvəl tanınmış müğənni Əli Mirəliyev və Elşad Qarayev arasında da mübahisə yaşanıb. Həmin mübahisə isə tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı və müzakirələrə rəvac verdi. Yenisabah.az məsələnin təfərrüatlarını öyrənmək üçün müğənni Əli Mirəliyevlə əlaqə saxlayıb. Məhşur ifaçı saytımıza açıqlamasında nə baş verdiyini belə izah edib:

“Elşad Qarayev toy müğənnisidir. Bir var bəstəkar mahnısı ifa edəsən, bir də var toy - "İran təranələri" ritmində fars, ərəb musiqisi oxuyasan. Bilir ki, bunlar mənim xoşuma gəlmir. Nəinki xoşuma gəlmir, belə ifaları heç qəbul etmirəm. O, bütün bunları ürəyində bilirdi. 3-4 ay bundan qabaq “Dünya TV”-də efirə gedən “İbo Şou”da qonaq olanda Elşad Qarayev mənim haqqımda fikirlər səsləndirib. Sonra həmin çıxışı “TikTok”-da da paylaşılıb. Orada deyib ki, mən 70-ci illərdə Bakıya gəlmişəm, amma Əli Mirəliyevi heç yerdə görməmişəm. Mən eşidəndə fikirləşdim ki, bu dəlidir? Bu nə söhbətdir edir?! Sonra bir neçə adam mənimlə əlaqə saxladı və bu barədə öz şərhlərini bildirdilər. Mən 70-ci illərdə Bakıda oxuyanda sən Kürdəmirdə dana otarırdın. Sən bunu deyəndə fikirləşmirsən ki, camaatın sənə olan münasibəti, reaksiyası necə olar? 76 yaşlı kişi üçün sən bu sözü deyirsən. Əvvəl Azərbaycan televiziyası bir dənə olub. Mən isə oranın solisti olmuşam. Dilarə Əliyevanın “Dan ulduzu” instrumental ansamblı, Dövlət Mahnı Rəqs Ansamblı və s. yerlərdə solist kimi fəaliyyət göstərmişəm. 120-dən çox mahnı ifa etmişəm. Sən bu sözü efirdə necə səsləndirə bilərsən? Sonra da boynuna almır”.

Əli Mirəliyev Elşad Qarayevin onu tanımamasına qəzəblənib: “Bu yaxında şəhərdə olan vaxtı mənə “ARB” televiziyasından mənə zəng gəldi və dedilər ki, Elşad Qarayev efirdədir və sizi calaşdırmaq istəyirik. Əlaqəni yaratdılar. Elşad qayıtdı dedi ki, sən cavanlığında nə oxumusan ki, onlardan birini ifa et. Dedim ki, sən munsiflər heyətisən, ya bədii şura? Sən kimsən ki, 76 yaşlı kişi sənə imtahan verməlidir? Sən oxumağını düzəlt, söhbət səndən gedir. Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən? Mən 20-dən çox ölkədə Azərbaycan musiqisini təmsil etmişəm, o isə toyxanalarda oxuyub. O, mənim əziyyətimi, ifalarımı yerə vurdu. Hansı müğənni məni tanımır? Sən necə ola bilər ki, tanımırsan? Guya qalmaqalla məni tanıyıb. Qalmaqallardan qabaq məgər mən oxumamışam? Məni tanımayıblar?”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Noyabr 2024 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri