Əli Nağıyev Bakıda gürcü həmkarı ilə görüşdü Fotolar
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Gela Geladze nümayəndə heyəti ilə birlikdə Azərbaycana rəsmi səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Azərbaycandakı səfirliyi sosial şəbəkə hesablarında paylaşıb.
Bildirilib ki, səfər çərçivəsində Gela Geladze Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb.
Tərəflər görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq məsələlərini, Cənubi Qafqaz regionundakı mövcud vəziyyət və beynəlxalq təhlükəsizliyin qarşısında duran müasir çağırışları müzakirə ediblər.
Məlumata görə, artan qlobal təhdidlərin aradan qaldırılması prosesində iki ölkənin təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlığın və tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavinləri Tamaz Boraşvili və Aleksandre Maisuradze də görüşlərdə iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 05 İyun 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















