Icma.az
close
up
RU
Əli Ramiz, Ramiz Əli “sevgisi” hansı gizli məhəbbətdən qaynaqlanır?

Əli Ramiz, Ramiz Əli “sevgisi” hansı gizli məhəbbətdən qaynaqlanır?

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Antimilli Şuranın şüursuz addımlarının nəticələri artıq üzə çıxır. Düzdür, biz bu şüursuzların xəyanət iplərinin gizlinlərinin hara uzandığını çoxdan bilirdik. Milyarderlər ittifaqını ortaya atan, həmişə Qərb bayrağına bürünən bu siyasi “körpələri” yolundan kim döndərdi bax, bu ciddi bir sualdır.
Bir haşiyə çıxım: Milli Şura “ Milyarderlər İttifaqı” yaranmazdan öncə “Landmark” hotelində müxalifətlə Qərb nümayəndələrinin görüşü baş tutmuşdu. 2013- cü il seçkilərindən və “Milyarderlər İttifaqı” yaranmamışdan öncə təsadüfən liftə bir neçə müxalifət nümayəndəsi və dırnaq-arası “liderləri” ilə birlikdə mindik. Orada onlardan biri qayıdıb dedi ki: “Qərbdən heç nə çıxmadı, biz istiqaməti dəyişək, bütün gücümüz ilə şimala doğru gedək”.
Əslində, üstündən neçə illər keçib və mən bu hadisənin, həmçinin bunun kimi minlərlə hadisənin şahidi olmuşam. Lakin heç vaxt bu məsələləri heç kimlə bölüşməmişəm. Və elə məsələlər var ki, o dünyaya qədər mənimlə gedəcək. Amma burada sadaladığım məsələlər kifayət qədər müzakirə olunub. Şimalın layihəsi olan bu şüursuz “şura” haqqında sübutlar siyasi meydanda yetərincə isbat olunub.
Bu gün bəlli olur ki, Ramiz Mehdiyevlə Əli Kərimlinin siyasi mifləri və gizli əlaqələr narrativi hardan qaynaqlanır, hansı dövlətlərin və kimlərin marağında olub indi açılır. Nəzərinizə çatdırım ki, Landmarkın o liftində bizimlə olanlardan biri də Əli Kərimli idi. Amma orada olanların hamısı sağdır. Lakin fiziki olaraq sağdılar, siyasi olaraq özlərini ölümə məhkum etdilər.
Mehdiyevin, Kərimlinin və digərlərinin bu riyakar oyunlarında, gizli əlaqələrində dərin və uzunmüddətli dövlətə düşmənçilik, siyasi destruktiv xəttin işırtıları hələ o illərdən görünürdü. Lakin Ramiz Mehdiyevin hakimiyyətdəki dayaqları və mövqeləri məqsədli şəkildə zəifləməyə başlayanda, əvvəlcədən əkilən xəyanət ağacları cəmiyyəti və dövləti zəhərləmək üçün karbon qazı kimi çoxalmağa başladı. Dövlətin siyasi, iqtisadi, mənəvi və milli imicinə zərbə vurmağa çalışanlar arasındakı xəyanət telləri çoxdan bir-birinə bağlıydı. Lakin dövləti idarə edən müdrik insanlar bütün məsələləri təmkinlə, dövlətin mövcud mövqelərinə zərər dəymədən, diplomatik və düşünülmüş şəkildə nizamlamaq üçün prosesi bu formada aparmağa üstünlük verdilər məncə. Həm də bu, siyasi psixologiya, kiminalogiya və dövlət təhlükəsizliyi sahələrinin kəsişməsində ortaya çıxan bir hadisədir. Bu gizli əlaqələrə əl atanlar maddi maraqlara görə dövləti satanlar, xarici qurumlarla gizli əməkdaşlıq edənlər, hakimiyyətə gəlmək üçün dövlətin siyasi dayaqlarını dağıtmağa çalışanlar, millətin mənəvi dəyərlərini məhv etməyə çalışanlardır. Daxili və xarici təsirlərin təsiri altında sabitliyi pozmaq üçün planlar quranlar əvvəldən də bilirdilər ki, özlərini müdafiə üçün bütün vasitələrdən istifadə edəcəklər. Lakin bu, psixologiyada “kognitiv dissonans” kimi də qiymətləndirilə biləcək bir durumdur. Dövləti və dövlətçilik prinsiplərini hər şeydən üstün tutan, Hakimiyyətin ən alisi, cənab Prezident başda olmaqla Şanlı Azərbaycanın qürurunu qoruyan bütün şəxslərə təşəkkürümü bildirirəm.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Noyabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri