Icma.az
close
up
RU
Əli Xamenei: Uranın zənginləşdirilməsi İrana müstəqilliyini qorumağa imkan verir

Əli Xamenei: Uranın zənginləşdirilməsi İrana müstəqilliyini qorumağa imkan verir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 iyun, AZƏRTAC

Uranın zənginləşdirilməsindən imtina İranın nüvə sənayesini yararsız edəcək və İslam Respublikasını digər ölkələrdən asılı vəziyyətə salacaq.

AZƏRTAC xəbər verir ki, bunu İranın Ali dini lideri Əli Xamenei deyib.

“Uranın zənginləşdirilməsi imkanı olmadan nüvə sənayesi faydasızdır. Belə olan halda biz atom elektrik stansiyalarının tikintisi üçün başqa ölkələrə müraciət etməliyik. Bu, neftə sahib olaraq onu emal etmək imkanının olmaması ilə müqayisə oluna bilər”, - deyə Əli Xamenei bildirib.

Ali dini liderin sözlərinə görə, nüvə sənayesi İrana digər istiqamətlərdə, o cümlədən əczaçılıq sahəsində uğurlu nəticələr əldə etməyə imkan verir. ABŞ və digər ölkələr İranın tərəqqisində maraqlı olmadığı üçün Tehrana uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasını nəzərdə tutan şərtlər irəli sürürlər. Omanın vasitəçiliyi ilə aparılan danışıqlarda Vaşinqtonun irəli sürdüyü bütün təkliflər İranın prinsiplərinə ziddir.

Bir müddət öncə, Ağ evin mətbuat katibi Karolin Livitt ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Tehranın nüvə proqramı ilə bağlı İran hakimiyyətinə ətraflı və məqbul təklif göndərdiyini bəyan edib. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi isə Vaşinqtonun hələ də nüvə proqramı üzrə təklif olunan saziş çərçivəsində Tehrana qarşı sanksiyaların ləğvi ilə bağlı təminat vermədiyini bildirib.

Xatırladaq ki, İran və ABŞ nümayəndələri mayın 23-də Romada Tehranın nüvə proqramı ilə bağlı danışıqların beşinci raundunu keçiriblər. Danışıqlarda vasitəçi qismində çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi məsləhətləşmələrdə müəyyən irəliləyişə nail olunduğunu açıqlayıb. Onun iranlı həmkarı isə öz növbəsində bir neçə görüşdən sonra Tehran və Vaşinqtonun müsbət nəticəyə ümid etdiklərini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri