Icma.az
close
up
RU
Əli Xameneinin təhlükəsizliyi xüsusi gizli dəstəyə tapşırılıb sui qəsd qorxusu artır

Əli Xameneinin təhlükəsizliyi xüsusi gizli dəstəyə tapşırılıb sui qəsd qorxusu artır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranın ali dini dini lideri Əli Xameneisi, Qərb mətbuatına görə, özünün şəxsi təhlükəsizliyini əvvəllər tanınmayan və ciddi şəkildə yoxlanmış xüsusi bölməyə tapşırıb.

Bizimyol.info xəbər verir ki, bu addım onun həyatına yönələn təhdidlər və İsrailin kəşfiyyatının uğurlu əməliyyatlarından sonra artan təhlükə hissinin fonunda atılıb.

Yayılan müxtəlif şayiələrə baxmayaraq, Xameneinin hələ də paytaxt Tehranda olduğu bildirilir. Onun dəqiq yeri və təhlükəsizlik strukturu, hətta İnqilab Keşikçiləri Korpusunun (KİSR) yüksək rütbəli zabitlərindən belə gizli saxlanılır.

Bu tədbirlər, İranın nüvə proqramı üzrə mühüm şəxsiyyətlər və komandir şəxslərinin öldürülməsi fonunda daha da gücləndirilib. İsrailin müdafiə naziri Yoav Qalant əvvəlcə bildirib ki, «Xameneinin həyatda qalması mümkün deyil». ABŞ prezidenti Donald Tramp da qeyd edib ki, Birləşmiş Ştatların kəşfiyyatı Xameneinin yerini bilir, lakin, onun sözlərinə görə, ölkəsi hələlik bununla bağlı hər hansı bir hərəkətə keçmək niyyətində deyil.

"The Telegraph"ın məlumatına görə, Xameneinin qorunması üçün xüsusi dəstə sıfırdan yaradılıb və tanınmış strukturlardan kəskin şəkildə ayrı tutulub ki, sızmalar və sabotajların qarşısı alınsın. Hətta KİSR daxilində bu dəstənin mövcudluğu barədə yalnız bir neçə nəfər bilib.

İranın nüvə infrastrukturuna və hərbi obyektlərinə davam edən hücumlar, eləcə də dəqiq hədəfli zərbələr fonunda, 86 yaşlı Xamenei hakimiyyətini, həmçinin özünün fiziki təhlükəsizliyi eyni anda necə qoruyacağını düşünməkdədir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 İyun 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri