Icma.az
close
up
RU
Əlillik təyinatı ilə bağlı çətinliklər var Razi Nurullayev

Əlillik təyinatı ilə bağlı çətinliklər var Razi Nurullayev

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Son dövrlərdə seçicilərlə görüşlərim zamanı ən çox səslənən problemlərdən biri əlillik təyinatı ilə bağlı yaranan çətinliklərdir. Bu məsələ xüsusilə ağır xəstə insanlar və müharibə veteranları üçün ciddi narahatlıq doğurur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev səsləndirdi.

Onun sözlərinə görə, insanlar bildirirlər ki, tibbi sənədlərin toplanması, müxtəlif instansiyalara müraciətlər, elektron sistemdə müraciətin göndərilməsi və qərarın verilməsini gözləmək çox vaxt aylarla çəkir:

"Bəzi hallarda isə vətəndaşlar aldıqları qərarla razılaşmadıqları üçün yenidən müraciət etməyə məcbur qalırlar. Bu proses həm fiziki, həm də psixoloji baxımdan onsuz da çətin vəziyyətdə olan insanlar üçün əlavə yük yaradır. Xüsusilə diqqət çəkən məqam odur ki, bu problemlərlə müharibə veteranları da üzləşir. Sağlamlığını itirmiş insanlar bəzən uzun müddət əlillik dərəcəsinin müəyyən olunmasını gözləyir və ya qərarla bağlı suallar yaranır. Cəmiyyətdə və sosial şəbəkələrdə yayılan müraciətlər də göstərir ki, bu məsələ tək-tək hallar deyil, daha geniş bir problemin əlamətidir. Əlbəttə, etiraf etməliyik ki, son illər sosial müdafiə sahəsində mühüm islahatlar həyata keçirilib. Əlilliyin təyin olunması prosesinin elektronlaşdırılması şəffaflığın artırılması baxımından vacib addım idi. Lakin praktikada görünür ki, mexanizm hələ də bütün hallarda vətəndaş üçün rahat və operativ işləyə bilmir. Düşünürəm ki, bu sahədə bir neçə məsələyə xüsusi diqqət yetirilməlidir. İlk növbədə, əlillik təyinatı prosedurları daha sadə və vətəndaş yönümlü olmalıdır. Tibbi sənədlərin toplanması və sistemə daxil edilməsi prosesində insanları uzun və yorucu prosedurlarla üz-üzə qoymamaq lazımdır. İkincisi, xüsusilə müharibə veteranları, ağır xəstələr və sosial baxımdan həssas qruplar üçün sürətləndirilmiş mexanizm tətbiq olunmalıdır. Bu insanlar aylarla qərar gözləməməlidirlər. Üçüncüsü isə vətəndaşın verilən qərarla razılaşmadığı hallarda daha operativ və şəffaf apellyasiya mexanizmi təmin edilməlidir. Hesab edirəm ki, əlillik məsələsinə yalnız texniki prosedur kimi yox, sosial ədalət və insan ləyaqəti məsələsi kimi yanaşmalıyıq. Dövlətin sosial siyasətinin əsas məqsədi məhz ən çox ehtiyacı olan insanları qorumaqdır.
Əgər bu sahədə mövcud çətinlikləri diqqətlə təhlil edib aradan qaldıra bilsək, həm vətəndaş məmnuniyyətini artırarıq, həm də sosial müdafiə sisteminə olan ictimai etimadı daha da gücləndirmiş olarıq".

Nuriyyə NATİQQIZI
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Mart 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri