Icma.az
close
up
RU
Əlilliyi olan gənclər bu mərkəzdə həyatlarını dəyişirlər REPORTAJ

Əlilliyi olan gənclər bu mərkəzdə həyatlarını dəyişirlər REPORTAJ

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 10 may, Aytac Haqverdiyeva, AZƏRTAC

Bakı şəhərinin səs-küylü mərkəzindən aralıda, Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən sadə görkəmli bina ilk baxışdan sıradan bir müəssisəyə bənzəyir. Amma içəri daxil olduqda burada çox dəyərli bir missiyanın həyata keçirildiyinin şahidi olursan. Bura Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzidir. Əslində bura ikinci şansların ünvanıdır.

İnkişaf üçün yaradılan unikal mühit

AZƏRTAC xəbər verir ki, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılmış mərkəz əlilliyi olan gənclər üçün sadəcə peşə öyrənmə yeri deyil. Bu mərkəz onların potensialını üzə çıxaran, cəmiyyətə inteqrasiyanı asanlaşdıran, ünsiyyət bacarıqlarını inkişaf etdirən və gələcəyə ümid verən məktəbdir.

Burada təlimlər sırf nəzəriyyəyə əsaslanmır. Gənclər fərdi maraq və bacarıqlarına uyğun olaraq müxtəlif istiqamətlərdə kurslara qoşulurlar: kompüter montajı, montaj operatorluğu, dərzilik, toxuculuq, xalçaçılıq, dulusçuluq, aşpaz köməkçisi, ağacoyma, kişi və qadın bərbərliyi, manikür, rəssamlıq və digər sahələr. Kursların müddəti, adətən, 3-6 ay arasında dəyişir. Təlimlər həm fərdi, həm də qrup formatında keçirilir.

İştirakçılar təlimlərdən sonra arayış və ya sertifikatla təmin olunurlar. Bu isə onların gələcəkdə işə düzəlmək və ya təhsillərini davam etdirmək imkanlarını genişləndirir. Bəzi məzunlar artıq DOST İnklüziv Yaradıcılıq Mərkəzi, “ASAN xidmət”, İsmayıllı və Bərdə DOST Mərkəzləri kimi nüfuzlu qurumlarda uğurla çalışırlar.

Sənətin və zəhmətin gətirdiyi sakitlik

16 yaşlı Fatimə Muradova Şəmkir rayonundan Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə gəlib. Onun rəsmə sevgisi uşaqlıqdan yaranıb, amma burada aldığı təlim bu marağı peşəyə çevirib.

“Burada ilk dəfə kətan üzərində fırça ilə işləməyi öyrəndim. Əvvəl bu iş mənə çətin gəlirdi. Amma müəllimlərim mərhələli şəkildə bütün texnikanı izah etdilər. Ən əsası isə məni ruhlandırdılar. İndi “Sehirli meşə” adlı əsər üzərində çalışıram. Hər rəng mənim üçün bir duyğudur”, – deyə Fatimə sevincini bölüşür.

Fatimə bu mərkəzdə həm də sosial çevrəsini genişləndirib: “Əvvəl ünsiyyətdən qaçırdım. Ətrafdakılarla əlaqə qurmaq mənim üçün çox çətin idi. Amma burada gənclərlə tanış oldum. İndi rəsm çəkməklə yanaşı, dostlarım da var”.

Onun əsərləri artıq bir neçə sərgidə nümayiş olunub və maraqla qarşılanıb. Fatimə deyir ki, gələcəkdə peşəkar rəssam olmaq və uşaqlara rəsm dərsləri keçmək istəyir.

Mirqadir Nemətoğlu 17 yaşındadır və Lənkəran rayonundan gəlib. Sakit və təmkinli danışığı onun daxili gücünü daha da vurğulayır. Burada həm kompüter montajı, həm də taxta üzərində oyma kurslarında iştirak edir. “Əsas məqsədim sosiallaşmaq idi. Əvvəl qapalı idim. Oyma sənəti mənə səbir və diqqət öyrətdi”, – deyə Mirqadir bölüşür.

Hazırda o, taxtada “Qız qalası” obrazını oymaya çalışır. Onun sözlərinə görə, bu sənət emosiya və zəhmət tələb edir: “Əsərlər komanda ilə hazırlandıqda daha maraqlı olur. Hər bir detalda sən özünü ifadə edirsən”.

Mirqadir gələcəkdə əl işlərini sərgilərdə nümayiş etdirmək və satış platformalarında təqdim etmək istəyir.

20 yaşlı Səbuhi Ələkbərzadə isə mərkəzə 2022-ci ildə gəlib və kişi bərbərliyi kursunda olub. Sonra Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Türkiyədə 4 aylıq təcrübə mübadiləsində iştirak edib. Oradan qayıtdıqdan sonra isə montaj operatorluğu kursuna yazılıb. “Burada mühit elədir ki, sən özünü doğma yerdə hiss edirsən. Hər kəs sənə öz balası kimi yanaşır. Bu münasibət məni motivasiya edir”, – deyə o bildirir.

Səbuhi gələcəkdə həm bərbərlik, həm də texniki sahədə fəaliyyət göstərmək istəyir. Onun fikrincə, bu mərkəz yalnız bacarıq yox, həm də kimliyini tanımaq imkanı verir.

Direktor: Bəlkə də, onlar bizdən daha güclüdürlər…

Mərkəzin direktoru Rəhilə Həsrətovanın sözlərinə görə, son 10 ildə yüzlərlə gənc burada peşəyə yiyələnib, cəmiyyətə inteqrasiya olunub. “Hazırda mərkəzimizdə 121 nəfər təlim alır. Yeni iki peşə sahəsi üzrə təlimlərin fəaliyyətə başlaması isə artıq planlaşdırılıb. Mərkəzdə kurslara cəlb olunmaq üçün seçimlər Agentliyin mütəxəssislərinin qiymətləndirməsi əsasında aparılır. Təlimin sonunda Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri qiymətləndirmə aparır, müvafiq arayış və sertifikatlar təqdim olunur”.

Rəhilə xanım əlavə edir ki, bəzən ailələr əlilliyi olan uşaqları cəmiyyətdən təcrid edirlər: “Fürsətdən istifadə edib, valideynlərə səslənirəm: övladlarınızı cəmiyyətdən gizlətməyin. Onlar da cəmiyyətin bir üzvüdürlər. Onların da uğurları, arzuları var. Sadəcə bir şans vermək kifayətdir. Bəlkə də, onlar bizdən daha güclüdürlər…”

Mərkəzin məqsədi təkcə bacarıqlı bərbər, rəssam, toxucu və s. yetişdirmək deyil, eyni zamanda, güclü insan formalaşdırmaqdır. Sosial adaptasiya, özünəinam və psixoloji dəstək bu sistemin ayrılmaz hissəsidir. Çünki bir toplumun dəyəri onun zəif zəncir halqalarını necə qucaqlaması ilə ölçülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri