Icma.az
close
up
RU
Əlilliyi olan şəxslər üçün güzəştlər...

Əlilliyi olan şəxslər üçün güzəştlər...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Fevralın 5-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib. Komitə sədri Musa Quliyev gündəliyə iki qanun layihəsinin daxil edildiyini bildirib. Gündəliyin birinci məsələsi olan “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) əhəmiyyətindən söz açan komitə sədri sənədin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının, sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb. Belə ki, layihədə əlilliyi olan şəxslərin əl işlərinin satışının həyata keçirilməsi üçün dövlət tərəfindən dəstəkləyici tədbirlər, həmin əl işlərinin satışından əldə olunan gəlirlərə vergi güzəştləri və digər məsələlər nəzərdə tutulub.

Komitə sədri gündəliyin ikinci məsələsi olan Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında“, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2021-ci il 22 iyun tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Dəyişikliklərə əsasən, “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilir. Nəticədə, qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidlik  təmin olunur.

Komitə sədri bildirib ki, layihədə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna yeni 12-1-ci   maddənin əlavə olunması nəzərdə tutulub. Yeni maddədə əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququnun təmin olunması məqsədi ilə qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı gətirilir və Azərbaycan işarət dili ünsiyyət  dili kimi rəsmi şəkildə qəbul edilir.

Müzakirələrdə deputatlar Vüqar Bayramov, Nigar Məmmədova, Soltan Məmmədov, Əziz Ələkbərov və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Çıxışçılar qanunun tətbiqi mexanizmləri, Azərbaycan işarət dilinin öyrənilməsi, istifadəsi imkanları və digər məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deputatların suallarını cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Fevral 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri