Əlilliyi olan şəxslərin NƏZƏRİNƏ
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əlilliyi olan şəxslərin pulsuz hüquqi yardımdan yararlanmaq imkanlarının genişləndirilməsi təklif olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu günki iclasında müzakirəyə çıxarılıb Bu məsələ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə təkliflərdə əksini tapıb.
Dəyişikliklər “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar qanunvericiliyin yeni normalara uyğunlaşdırılması məqsədi daşıyır.
Layihənin əsas istiqamətlərindən biri hüquqi yardım almaqda çətinlik çəkən şəxslərin hüquqi müdafiəyə çıxışının təmin edilməsidir. Bu çərçivədə əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün pulsuz hüquqi yardım mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Təklif olunan dəyişikliklərin sosial baxımdan həssas qrupların hüquqlarının müdafiəsinin gücləndirilməsinə xidmət edəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 07 Oktyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















