Əlilliyi olan uşaqlar üçün növbəti hippoterapiya tədbirləri təşkil olunub
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 17 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan uşaqlar üçün növbəti hippoterapiya (atlar vasitəsilə terapiya) tədbirləri təşkil edib.
Bu barədə AZƏRTAC-a ƏƏSMN-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, “Baku Golden Horse Therapeutic and Educational Center” atçılıq mərkəzi ilə birgə təşkil olunan tədbirlərə qurumun reabilitasiya mərkəzlərində bərpa müalicəsi xidmətləri göstərilən uşaqlar cəlb edilib.
Həftədə iki dəfə keçirilən terapiyanın əsas məqsədi at üzərində hərəkət vasitəsilə uşaqlarda bədən əzələlərinin aktivliyini artırmaq, motor bacarıqlarını inkişaf etdirmək, koordinasiya və tarazlığın gücləndirilməsinə dəstək göstərməkdir.
2022-ci ildən etibarən həyata keçirilən hippoterapiya tədbirlərindən indiyədək əlilliyi olan 1500 şəxs faydalanıb.
Beynəlxalq təcrübəyə əsaslanan bu terapiya üsulu əlilliyi olan şəxslərin ümumi əhval-ruhiyyəsinin yüksəldilməsinə, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 17 İyun 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















