Əlilliyi olan uşaqlar və onların valideynləri Mərkəzi Nəbatat Bağında ekskursiyada olublar
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 15 may. AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakının Nərimanov rayonundakı Sosial Xidmət Mərkəzinin benefisiarları üçün Mərkəzi Nəbatat Bağına ekskursiya təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sosial Xidmət Mərkəzinin sosial reabilitasiya xidmətlərindən bəhrələnən əlilliyi olan uşaqlar və onların valideynlərinin iştirak etdiyi tədbir Beynəlxalq Ailə Gününə həsr olunub.
Ekskursiya zamanı uşaqlar üçün müxtəlif əyləncəli və inkişafetdirici oyunlar, həmçinin valideynlər üçün təcrübəli psixoloq və təlimçilərin iştirakı ilə meditasiya proqramı da təşkil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 15 May 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















