Icma.az
close
up
RU
Əlilliyi olmayanlara da sığorta ödəniləcək

Əlilliyi olmayanlara da sığorta ödəniləcək

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin plenar iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda müzakirə edilərək qəbul olunub. Yeni dəyişikliklər beynəlxalq praktikaya əsaslanmaqla bir sıra mütərəqqi müddəaların qanunvericiliyə gətirilməsini təmin edəcək.

Könüllü kimi fəaliyyət göstərən tələbə və şagirdlərə də sığorta ödəniləcək

Turkustan.az-ın məlumatına görə, deputat Vüqür Bayramov bildirib ki, hazırda qüvvədə olan Qanuna əsasən, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin də istehsalatda bədbəxt hadisələrdən icbari sığortalanması nəzərdə tutulsa da, onlara münasibətdə sığorta haqqının ödənilməsi mexanizmi müəyyən edilməmişdir. Onun sözlərinə görə, belə ki, xüsusən də tələbələr təcrübə keçən zaman sığorta hadisəsi baş verdiyi halda onlara sığortanın ödənilməsi mümkün olmur:

"Bu baxımdan qanunvericilikdə yeni dəyişikliklərə ehtiyac var idi. Qanuna əlavə edilməsi təklif olunan dəyişikliklər könüllülərə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 iş günü müddətində ödəniləcək. Beləliklə, dəyişikliklər qəbul olunandan sonra sığorta hadisəsi baş verdikdə könüllülərə də ödəniş həyata keçiriləcək".

Əlilliyi olmayanlara da sığorta ödəniləcək

V.Bayramov qeyd edib ki, digər mühüm dəyişiklik sığorta hadisəsi zamanı əlillik dərəcəsi deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin nəzərə alınmasıdır:

"Belə ki, mövcud qaydalara əsasən, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Amma bir sıra hallarda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində orqanizmin funksiyalarının 30 faizədək pozulması halları baş verirdi və əlillik dərəcəsi ala bilmədiyi üçün həmin vətəndaşlarımıza sığorta ödənişi edilmirdi. Nəticədə, həmin vətəndaşlarımız sığorta ödənişindən faydalana bilmirdi".

Dediyinə görə, hazıda qüvvədə olan Qanuna əsasən peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsidir. Bu baxımdan dəyişikliyə əsasən sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsinin vahid meyar üzrə dəyərləndirilməsi məqsədilə birdəfəlik sığorta ödənişinin də sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndiriləcək. Yəni, birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə həyata keçiriləcəkdir. Peşə əmək qabiliyyətinin itirilməsi özündə eyni zamanda əlilliyin müəyyən edilməsi, yəni orqanizm funksiyalarının itirilməsini də ehtiva edir.

"Göründüyü kimi, Qanuna təklif edilən dəyişikliklər sığortaya əlçatanlığı artırmaqla yanaşı əhatə dairəsinin də genişlənməsinə səbəb olacaq", - deyə Vüqaq Bayramov əlavə edib. /Bakıvaxtı.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 İyul 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri