Icma.az
close
up
RU
“Əlilliyin təyinatı pulla həll olunmur, sənədlər qaydasında olmalıdır” Rey Kərimoğlu

“Əlilliyin təyinatı pulla həll olunmur, sənədlər qaydasında olmalıdır” Rey Kərimoğlu

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

"Dələduzlar, dəllallar insanların etibarından sui-istifadə edirlər. Dəfələrlə açıqlama verilib, bəyanat verilib, vətəndaşlara müraciət edilir ki, aldanmasınlar"

Mediada yayılan xəbərlərə görə, Qarabağ müharibəsinin döyüşçüsü, Milli qəhrəman, şəhid Yusif Mirzəyevin ailəsi dələduzluqla üzləşib. Belə bir xəbərlə qarşılaşanda, təbii ki təəssüflənir, şəhid, həm də Milli qəhrəman ailəsinin kimlərsə tərəfindən aldadılmasını, dolandırılmasını həzm edə bilmirik. Amma bəzən işin mahiyyəti bilindikdə təəssüf təəccüblə, hətta qınaqla əvəzlənir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin qızı Nurlana Mirzəyeva AFN.az-a açıqlama verərək bildirib ki, öz qohumu Muradova Mina Murad qızı tərəfindən aldadılıb. Nədə? Baxaq, maraqlıdır. N.Mirzəyeva deyib ki, qohumu M.Muradova ilə 2 il əvvəl təsadüfən toyda rastlaşıb. Bu qadın ona VTEK-də (Əlilliyin təyinatı üzrə həkim tibbi komissiyası) işlədiyini, pensiya, əlillik, müharibə veteranlarına və qəhrəmanlarına müxtəlif yardımlar göstərdiyini bildirib. N.Mirzəyeva isə həyat yoldaşının kəndindən olan bir nəfərin əlillik dərəcəsi kəsildiyindən şikayətlənmişdi və həmin şəxsi M.Muradova ilə əlaqələndirərək işin düzəlməsinə yardım etmək istəyib. M, Muradova özünə məxsus kart hesabını göndərərək 2000 AZN məbləğində ödəniş edilməsini istəyib, ödəniş edilib. Lakin “iş” düzəlməyib. 08.09.2024-cü il tarixdən bu günə kimi M. Muradova nə ödənişi geri qaytarır, nə də verdiyi sözü tutur. Sonradan N.Mirzəyevaya məlum olub ki, bu qadının dələduzluğunun qurbanına çevriliblər. 

Belə yerdə deyilir, rüşvət verən də günahkardır, rüşvəti alan da. Niyə əlillik dərəcəsinin alınması və ya bərpası üçün rüşvət verilirdi ki, sonra da dələduzluğun qurbanına çevrilsinlər?!. Və indi də “Milli Qəhrəmanın ailəsi dələduzluqla üzləşib” başlıqlı xəbər paylaşırlar. Özünüz buna şərait yaratmısınız, indi təqsirkar axtarırsınız. İndiyədək hüquq-mühafizə orqanları buna bənzər nə qədər cinayət əməli aşkar edib. Kimlərsə işə düzəltmık adı altında pul alır, sonra da aradan çıxır. Milli Qəhrəman, şəhid ailəsinə isə ümumiyyətlə belə işlərdə iştirakçı olmaq yaraşmır. 

Qarabağ müharibəsi döyüşçüsü, hərbi jurnalist, Əmək də Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanlnda İctimai Şuranın üzvü Rey Kərimoğlu “Sherg.az”a açıqlamasında bldirdi ki əlilliyin təyinatı, bərpası pulla həll olunmur. Bu məsələlərə həkim-tibbi ekspertiza komissiyasında baxılır: 

- Komissiya sənədlərə baxır, ciddi araşdırma aparılır, həqiqətən də şəxsin əlilliyini təsdiqləyən sənədlər varsa, əlillik təyin edirlir, yaxud da təkrar yoxlamadan sonra əlillik dərəcəsi bərpa edilir. Nazirlik, İctimai Şura üzvləri, mütəxəssislər dəfələrlə açıqlamalar verirlər ki, kiməsə pul verməyin, qanunsuz üsullara əl atmayın. Dələduzlar, dəllallar insanların etibarından sui-istifadə edirlər. Dəfələrlə açıqlama verilib, bəyanat verilib, vətəndaşlara müraciət edilir ki, aldanmasınlar. Mən İctimai Şuranın üzvü kimi deyirəm bunu, əlilliyin təyinatı pulla həll olunmur. Vətəndaşın sənədləri qaydasında olmalıdır. Rəsmi şəkildə müraciət edilməlidir. Dələduzlar var, aldatmağa çalışırlar insanları guya əlillik dərəcəsi düzəldəcəklər. Saxtakarlara alət olmaq lazım deyil.  

P.S. 

Xatırladaq ki, şair-bəstəkar Şahin Musaoğlunun bəstələdiyi və Şəmistan Əlizamanlının səsində Qarabağ müharibəsinin rəmzinə çevrilmiş “İgid əsgər, möhkəm dayan” mahnısı məhz Milli Qəhrəman Yusif Mirzəyevə həsr olunmuşdu. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Fevral 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri