“Əlimdən alınan mandat, susdurulan iradə” Ramiz Mehdiyevin “Balakən” hekayəsi KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ramiz Mehdiyevin mənə etdiyi, bəlkə də etdiyi pisliklər arasında dəryada bir damla olub, amma edib”.
KONKRET.az xəbər verir ki, bu sözləri Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı Osman Gündüz deyib.
O. Gündüzün sözlərinə görə, “əvvəllər də bu haqda yazmışdım. 20 il bundan öncə, 2005-ci ilin elə bu vaxtlarında Balakəndə parlament seçkilərilə bağlı seçki kampaniyası keçirirdik. Deputat seçilmək şansım çox yüksək idi. Hər şey əlaydı. Əsas alternativim də Rəbiyyət Aslanova idi. Ramiz Mehdiyevin ən yaxın adamı hesab olunurdu. Mənə namziədliyimi geri götürməyimlə bağlı təkliflər olsa da qəti imtina etmişdim”.
“Əvvəldən də buradan deputat olan bu xanım heç seçicilərlə görüşlər belə keçirə bilmədi. Seçkiyə az qalmış ATƏT, hətta PA-dan gəlmiş sorğu keçirənlər mənim deputat olaraq seçilməyimi təbrik edirdilər. Elə həmin arada xəbər çıxdı ki, rayonun icra başçısını Ramiz Mehdiyev Bakıya çağırıb. Seçkiyə təxminən bir neçə gün qalmışdı. İcra başçısı Bakıdan qayıdan anda hər şey dəyişdi”.
“Rayonda ciddi gərginlik yarandı. Mənim adımın seçki bülletenində olmasının ciddi nəticələr verəcəyini düşünərək Dairə Seçki Komissiyası, təbii ki yuxarıdan əmrlə mənim namizədliyimin ləğvinə qərar verdi. Motiv də bu oldu ki mənim kənddə olan hansısa bir nümayəndəm seçicini ələ alıbmış, – Osman Gündüz qeyd edib.
“Ali Məhkəmədən çağırış gəldi və 5 dəqiqəlik məhkəmə ilə namizədliyim ləğv edildi.
On minlərlə Balakən seçicisinin iradəsinə zidd olaraq Rəbiyyət Aslanova üçün (oğlu da o dövrdə Ramiz Mehdiyevin köməkçisi idi) rəqabətsiz seçki mühiti yaradıldı və sonra da deputat təyin edildi”.
“Beləcə, mənim deputat mandatım, seçicilərimin səsi, iradəsi əlindən alındı.
Baxmayaraq ki sonradan məhkəmədə üzə duranların bir çoxunun notarial təsdiqlə izahatları oldu ki, bu qurama işdən xəbərləri yoxdur. Amma artıq məsələ həll olunmuşdu.
İndi isə görünür ki, baş verən bütün bu tip ədalətsizliklər, qanunsuzluqlar və saxtakarlıqlar üçün Ramiz Mehdiyevin hesabat vermək məqamı yetişib”.
Əminəm ki o zaman xeyli əziyyət çəkən seçki komandam, bizə dəstək verənlər, bütün Balakən seçiciləri də indi ədalətin zəfər çalmasından məmnundurlar, gec olsa da”, O, sonda vurğulayıb.
Osman Gündüz
KONKRET.az


