Icma.az
close
up
RU
Əlini avtomobildən çölə çıxaranlara 40 manat cərimə tətbiq olunur? Açıqlama

Əlini avtomobildən çölə çıxaranlara 40 manat cərimə tətbiq olunur? Açıqlama

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bakı Şəhər Dövlət Yol Polisinin son xəbərdarlığı sürücülər arasında çaşqınlıq yaradıb.
Yeniavaz.com
"Kaspi" qəzetinə istinadən xəbər verir ki, xəbərdarlıqda sükanın tək əllə idarə edilməsi və bir əlin avtomobilin pəncərəsindən çölə çıxarılmasının təhlükəli olduğu bildirilir. Bir çoxları bu məsələ ilə bağlı 40 manat cərimə tətbiq olunacağını iddia edirlər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən də bildirilib ki, bəzi yol nəqliyyat hadisələrinin səbəbi sürücünün idarəetməni itirməsidir. Buna görə də avtomobil idarə edən zaman sükanı buraxmaq düzgün deyil. Məsələ ilə bağlı vətəndaşlara çağırış da edilib. O da qeyd edilib ki, əlini çölə çıxardaraq avtomobil idarə etməyə görə heç bir cərimə tətbiq olunmayıb. Amma sürücü hər iki əlini sükandan çəkərək maşını idarə edərsə, 40 manat məbləğində cərimə edilə bilər.
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, bu xəbərdarlıq ajiotaja səbəb olub, çünki sürücülər qərarı səhv anlayıb: "342-ci maddənin əli sükandan çəkməklə cərimə yazılması qaydası əvvəldən də var idi. Yəni yeni qərar deyil. Yəqin bundan sonra nəzarət daha da gücləndiriləcək. Yol polisi də açıqlama verib ki, əli sükandan çəkdikdə cərimə yazılacaq. Bir əllə maşın sürməyin təhlükəli olması ilə bağlı informasiya verib. Amma insanlar bunu yanlış anlayıb. Elə biliblər ki, qərar yenidir. Cərimə əli pəncərədən çıxarmağa görə yazılacaq. Əslində bununla bağlı cərimə mövcud deyil".
Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev də qeyd edib ki, hazırda cərimə yox, sadəcə xəbərdarlıq edilməsi mümkündür: "Mexaniki sürətlər qutulu maşın sürdükdə onsuz da hər iki əl daima sükanda olmur. Sol əllə sükan tutulur, digər əllə isə sürəti dəyişirik. Əlini şüşədən çölə çıxaranlar əsasən maşında kondisioner olmayan şəxslərdir. Yaxud siqaret çəkənlər belə edirlər. Kondisionerlə təchiz olunmuş avtomobillərdə belə hallara rast gəlinmir. 342-ci maddədə sükanı tam buraxmaqdan söhbət gedir. Pəncərədən əlini çıxarmaq üçün bir cərimə növü mövcud deyil. Əgər bununla bağlı cərimələr tətbiq ediləcəksə, qanunvericilikdə dəyişiklik edilməlidir. Əlimizi sükandan tamamilə buraxdıqda, avtomobili ətalətlə idarə etdikdə (ağırlıq qüvvəsinin təsiri altında və ya əvvəl yığdığı sürətin hesabına) 40 manat cərimə yazıla bilər".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 23 Avqust 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri