Əliyar Ağayev Azərbaycana qayıda bilmir
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev çətin vəziyyətlə üzləşib.
“Qafqazinfo” Sportal.az-a istinadən xəbər verir ki, referi Azərbaycana geri qayıda bilmir.
Belə ki, o, hazırda Küveytdə qalmağa məcbur olub.
Azərbaycanın tanınmış futbol hakimi Küveyt kubokunun bir neçə oyununu idarə etmək üçün ora yollanmışdı. Bölgədə yaranmış hərbi gərginlik səbəbindən o, hazırda ölkəyə geri dönə bilmir.
Xəbəri rus dilində oxuyun: Алияр Агаев застрял в Кувейте
ABŞ və İsrailin İrana raket hücumlarından sonra regionda hava məkanının təhlükəsizlik səbəbilə bağlanmasına gətirib çıxarıb. Nəticədə Küveytdə hava limanlarının fəaliyyəti məhdudlaşdırılıb və beynəlxalq uçuşlar dayandırılıb.
Bu səbəbdən Əliyar Ağayevin Bakıya dönüşü qeyri-müəyyən müddətə təxirə düşüb. Hazırda vəziyyətin nə vaxt normallaşacağı və uçuşların bərpa ediləcəyi dəqiq bilinmir.
Baxış sayı:80
Bu xəbər 04 Mart 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















