Əliyar Ağayev Millətlər Liqası oyununa təyinat aldı İdmanXəbər
Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ə.Ağayev UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək 6-cı turun Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matçın VAR hakimləri Polşadan Tomasz Kwiatowski və Pawel Pskit olacaq.
Noyabrın 19-da Zenitsa şəhərində yerləşən “Bilino Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Baxış sayı:142
Bu xəbər 16 Noyabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















