Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununa təyinat alıb
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının VI turunda A Liqasının 3-cü qrupunda keçiriləcək Bosniya və Herseqovina - Niderland oyununun baş hakimi olacaq.
Oxu.Az xəbər verir ki, bu qarşılaşmada ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Matçın VAR hakimləri Polşadan Tomaş Kviatovski və Pavel Pskit olacaqlar.
Qeyd edək ki, noyabrın 19-da Zenitsa şəhərindəki "Bilino Polje" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat alıb
16 Noyabr 2024 17:56

