Icma.az
close
up
RU
Əliyev açıqladı, Paşinyan biz də edirik dedi: Bakı İrəvanın üç gizli məqsədini bilir

Əliyev açıqladı, Paşinyan biz də edirik dedi: Bakı İrəvanın üç gizli məqsədini bilir

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ilk dəfə yeni ilin büdcəsini Azərbaycanla qurulmuş sülh şəraitində müzakirə etdiyini bildirib. Paşinyan həmçinin Türkiyənin yük maşınlarının Ermənistan üzərindən Azərbaycana və əksi istiqamətdə keçidinin mümkün olacağını söyləyib.

Onun sözlərinə görə, Ermənistan Marqara-Keşişkənd-Qarakilsə-Gorus marşrutu üzrə yük maşınlarının tranzitini təmin etməyə hazırdır.

Bundan öncə Prezident İlham Əliyev Ermənistana Azərbaycan ərazisindən yük tranziti ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırıldığını açıqlamışdı.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib ki, Azərbaycan regionda sülh və əməkdaşlığı dəstəkləyən ölkədir:

“Azərbaycan üzərindən Ermənistana yüklərin daşınmasına dair məhdudiyyətin aradan götürülməsi ölkəmizin sülhsevər mövqeyinin göstəricisidir. Təbii ki, Rusiya məhsullarının da Azərbaycan üzərindən Ermənistana daşınması tranzit imkanları baxımından əlverişlidir. Ümumiyyətlə, Ermənistanın məhsul ixracı və reeksportu var. Həmçinin idxalı da mövcuddur. Ölkəmiz bu mənada tranzit imkanlarını gücləndirmiş olacaq.

Azərbaycan sülhə dəstəyini açıq şəkildə nümayiş etdirir, lakin digər tərəfdən tranzit imkanlarını genişləndirərək əlavə gəlir də əldə edəcək. Ümumiyyətlə, kommunikasiya imkanlarının artması biznes üçün yeni fürsətlər yaradır. Dövlət gəlirlərimiz də bu yolla artacaq. Tranzit gəlirləri həm dövlət büdcəsini artırır, həm də ölkənin geosiyasi mövqeyini gücləndirir”.

Siyasi şərhçi Asif Nərimanlı isə deyib ki, Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsindən sonra Paşinyan iki dəfə bu haqda danışıb:

“Paşinyanın bəyanatı Azərbaycanın jestinə adekvat reaksiya kimi görünsə də, Bakının tranzit qadağasını ləğv etmək qərarı ilə onun təklifi arasında fərq var.

Azərbaycan qadağanı ləğv edib, lakin yüklərin sərhəddən keçidi hələ gündəmdə deyil: Qazaxıstandan (fərqli ölkə də ola bilər) Ermənistana aparılan yüklər Azərbaycana daxil olur, Gürcüstan üzərindən İrəvana aparılır. Rəsmi Bakı bununla kommunikasiya bərpası razılaşmalarını praktiki müstəviyə köçürür, hərçənd, Zəngəzur dəhlizi açılmadan birbaşa tranziti tətbiq etmir. Bu gediş Ermənistanı dəhlizi maksimum tez açmağa sövq etməyə də hesablanıb”.


Asif Nərimanlı

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın Türkiyə və Azərbaycan arasında tranzit olmaqda israrlı mövqeyinin isə öz hədəfləri var:

– Gorusdan sərhəd keçidini açmaqla Ermənistana daşınan yüklərin də birbaşa tranzitinə nail olmaq, eyni zamanda, Marqara keçid məntəqəsini işlək vəziyyətə salaraq Türkiyə ilə sərhədin açılması presedentini yaratmaq;

– Ankaranın sərhədin açılması üçün İrəvana irəli sürdüyü “Bakı ilə razılaşmaq” şərtinin aktuallığını arxa plana keçirmək;

– Kommunikasiyanın bərpasına Zəngəzur dəhlizi açılmadan başlamaq;

Bu baxımdan, Nikol Paşinyanın Ermənistanın Türkiyə-Azərbaycan yüklərinə tranzit olmaqla bağlı israrlı açıqlamalarında məqsəd heç də “jestə qarşı jest etmək” deyil. Rəsmi Bakının məsələyə reaksiya verməməsi İrəvanın niyyətindən xəbərdar olması kimi qəbul oluna bilər. Mümkündür ki, Azərbaycan perspektivdə Ermənistan tranzitindən “pilot layihə” kimi bir, ya bir neçə dəfə istifadə etsin, lakin Zəngəzur dəhlizi açılmadan regional kommunikasiyanın bərpası reallaşmayacaq. Bakı üçün regional kommunikasiyanın paket şəkilində açılması məqbuldur”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri