Icma.az
close
up
RU
Əliyev daha bir ölkəni dağıdıcı müharibədən xilas edir Kritik gəlişmə

Əliyev daha bir ölkəni dağıdıcı müharibədən xilas edir Kritik gəlişmə

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan–Gürcüstan diplomatik münasibətlərinin 33-cü ildönümü qeyd olunur. Bu müddət ərzində Bakı bir çox sahədə Tbilisiyə dəstək göstərib.

Məlum olduğu kimi, rəsmi Bakı Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edir, çünki orada Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Tarixi təcrübə göstərir ki, erməni siyasi və ictimai dairələri zaman-zaman Cavaxetiyaya da dair iddialar səsləndiriblər. Bəs bu məsələdə Tbilisinin mövqeyi necədir? Ermənistan konstitusiyasında Gürcüstana qarşı hər hansı ərazi iddiası və ya eyham mövcuddurmu?

Azərbaycan gələcəkdə regionda yeni müharibənin başlamaması üçün Ermənistanın, erməni cəmiyyətinin bütün ərazi iddiası cəhdlərini bloklaya bilərmi?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Ermənistanın “ərazi iddiaları” yalnız İrəvan–Bakı xəttini deyil, İrəvan–Tbilisi münasibətlərini də diqqət mərkəzinə gətirir:

Ermənistan konstitusiyasında Gürcüstana ərazi iddiasının olmadığı Paşinyan hökuməti tərəfindən dəfələrlə bəyan olunsa da, bu ermənilərin belə iddialarının olmadığı anlamına gəlmir. Belə ki, Ermənistanın daxili siyasətində və diaspor dairələrində erməni radikal qruplarının “Javakhk” adlandırdığı Cavaxetiya ilə bağlı uzun illərdir etnik əsaslı iddialar mövcuddur. Bu iddialar rəsmi səviyyədə qaldırılmasa da, müəyyən qruplar tərəfindən mədəni muxtariyyət, öz müqəddəratını təyinetmə hüququ və digər bu kimi şüarlarla gündəmdə saxlanılır. Gürcüstan hökuməti isə bu cür mövqelərə qarşı həmişə qətiyyətli olub və ərazi bütövlüyünə dair hər hansı müzakirələrin açılmasına imkan verməyib”.

Politoloq qeyd edib ki, məsələnin bizim üçün əhəmiyyəti daha dərindir:

Azərbaycan Qarabağ müharibələri dövründə Ermənistanın konstitusiyasındakı “tarixi torpaqlar” mövzularını real təhdid kimi yaşayıb. Buna görə də sülh müqaviləsinin imzalanması üçün bu maddələrin dəyişdirilməsi şərtini irəli sürür. Bakı hesab edir ki, ərazi iddiaları, istər Azərbaycana, istərsə də Gürcüstana qarşı olsun, gələcəkdə regionda yeni münaqişə risklərini gücləndirir. Bu baxımdan Azərbaycan yalnız öz təhlükəsizliyini deyil, həm də Gürcüstanın təhlükəsizliyini düşünür. Çünki regionda hər hansı qarşıdurma Bakı–Tbilisi–Ceyhan enerji xətti, Bakı–Tbilisi–Qars dəmir yolu və digər strateji layihələrə birbaşa təsir göstərə bilər. Odur ki, Tbilisi ilə Bakı arasındakı yüksək səviyyəli koordinasiya Ermənistanın potensial iddia ritorikasının regional miqyasda qarşısının alınmasında mühüm rol oynaya bilər.

Nəticə etibarilə, Ermənistan konstitusiyasında Gürcüstana qarşı açıq ərazi iddiası olmasa da, bu iddialarla bağlı ictimai müzakirələrin mövcudluğu və diaspor tərəfindən dəstəklənməsi region üçün uzunmüddətli təhlükəsizlik riskləri yaradır. Bu risklərin neytrallaşdırılması üçün ən mühüm töhfə isə Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri