Icma.az
close
up
RU
Əliyev əş Şara anlaşmasında ilginc detal: Azərbaycan Suriyaya girir nəhəng plan...

Əliyev əş Şara anlaşmasında ilginc detal: Azərbaycan Suriyaya girir nəhəng plan...

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etdi. Dövlət başçısı forum çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə də görüşmüş, iki lider bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdı.

Prezident İlham Əliyev görüş zamanı demişdi ki, “Azərbaycan Suriyanın sabitliyinin möhkəmləndirilməsi üçün bu ölkənin bərpasında iştirak etməyə hazırdır. Həmçinin, Suriya yaxın gələcəkdə Azərbaycanın enerji siyasətində də yer ala bilər”. Son məlumatlara görə isə Suriya və Azərbaycan prezidentləri ötən həftəsonu Türkiyədə keçirilən ilk görüşdə Bakının Suriyanın neft və qaz sektorunun bərpasında necə rol oynaya biləcəyini müzakirə ediblər. Daha dəqiq desək, Suriya hökuməti ölkənin şimal-qərbində neft və qaz yataqlarının işlənməsində Bakıdan kömək istəyir.

Prinsip etibarilə Azərbaycan Suriyanın neft və qaz yataqlarının işlənməsində bu ölkəyə kömək edə bilər. Rəsmi Bakı həm neft, həm də qaz yataqlarının işlənməsində kifayət qədər təcrübəyə sahibdir. Bundan başqa SOCAR-ın bu sahədə həm ölkə daxilində, həm də xaricində gördüyü işlər təqdirəlayiqdir. Faktiki olaraq şirkət artıq dünyaca tanınan bir brend, markadır.

Türkiyə filialının baş direktoru Elçin İbadov bir müddət öncə şirkətin Suriyanın enerji sektorunda iştirak etməyə hazır olduğunu bildirmişdi. “Əgər “SOCAR Türkiyə”yə ölkələrimizin – Azərbaycan və Türkiyənin ortaq strateji maraqlarına uyğun bir rol verilirsə və bu enerjiyə tələbat varsa, o zaman bunu yerinə yetirmək bizim borcumuzdur” – E. İbradov deyib.

Əslində belə bir əməkdaşlıq həm Suriya, həm də Azərbaycan üçün müsbət dividentlər gətirə bilər:

Birincisi, Azərbaycan Suriyanın neft və qaz yataqlarında həm pay sahibi olacaq, həm də bunların Avropa bazarına çıxışını təmin edə bilər. Rəsmi Bakı onsuz da son illərdə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli oyunçuya çevrilib. Avropaya nəql edilən təbii qazın həcmi ildən-ilə artır. Lakin bu, hələlik kifayət deyil. Bakı nəql edilən qazın həcmini artırmaq üçün əməkdaşlıqda maraqlıdır. Misal üçün bu istiqamətdə İraqla (xüsusən İraq Kürdüstanı ilə) əməkdaşlıq imkanlarını dəyərləndirir. Suriyanın da Türkiyə ilə quru sərhədinə malik olması onun TANAP və TAP layihələrinə çıxış imkanlarını artırır. Yəni Azərbaycan və Suriya əməkdaşlığı Bakının Avropa bazarındakı çəkisini artıra bilər.

Məsələyə Suriya perspektivindən baxdıqda da deyə bilərik ki, bu sahədə əməkdaşlıq Dəməşqə ciddi maliyyə vəsaiti gətirə bilər. Əhməd əş-Şara hakimiyyəti Suriyada sabitliyi təmin etmək və qorumaq üçün mühüm işlər görür. Lakin ölkənin uzun müddət sanksiyalara məruz qalması, Əsəd rejimin xarici siyasətdəki yanlış tutumu ölkə iqtisadiyyatını pis hala salıb. Bu gün Suriyanın sabitliyinin sirri şübhəsiz ki, ölkə iqtisadiyyatının inkişafından keçir. Bakı-Dəməşq əməkdaşlığı yaxın perspektivdə bu ölkənin iqtisadiyyatının inkişafına maliyyə sisteminin sabitləşməsinə gətirib çıxara bilər.

İkincisi, Azərbaycan ilə əməkdaşlıq Qərb ölkələri kimi sərt və ağır deyil. Bakı bu kimi əməkdaşlıqlarda qarşılıqlı maraqların təmininə xüsusi önəm verir. Yəni Azərbaycan ilə əməkdaşlıq Suriyanı asılı hala gətirməyəcək. Əksinə “SOCAR”-ın təcrübəsi və ixtisaslı kadrları vasitəsilə Suriya qısa müddətdə özü də bu sahədə təcrübə qazana, öz tələbatını ödəyəcək hala gələ bilər.

Üçüncüsü, Azərbaycan və Suriyanın enerji sahəsində əməkdaşlıq etməsi İsrailin də bu ölkəyə yönəlik siyasətini dəyişməsinə səbəb ola bilər. Aydın məsələdir ki, Bakının strateji tərəfdaşı olan Təl-Əviv Azərbaycanı digər məsələlərdə olduğu kimi, bu məsələlərdə də dəstəkləyəcək. Hətta gələcəkdə Suriya üzərindən İsrailə neft-qaz ixracı da təmin edilə bilər. Bu həm də Suriya-İsrail münasibətlərinin normallaşmasına fayda verə bilər.

Dördüncüsü, Azərbaycan-Suriya əməkdaşlığı bu ölkənin əvvəlki kimi təhlükəli, riskli bir yer olmadığı, əksinə investisiya əməkdaşlığa uyğun olduğu fikrini yarada bilər. Prezidenti Əhməd əş-Şaranın bir neçə gün öncə Suriya Milli Ordusunun II korpus komandiri türkmən general Fehim İsanı müdafiə nazirinin müavini və şimal regionu üzrə komandan təyin etməsi də əslində mühüm olaydır. Bu təyinat həm də “SOCAR”-ın Suriyada təhlükəsiz fəaliyyətinə xüsusi stimul yaradır.

Antalyadakı görüş zamanı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara Azərbaycana səfərə dəvət olunub. Dəvət minnətdarlıqla qəbul olunub. İstisna deyil ki, Suriya prezidentinin Azərbaycana səfəri zamanı bu məsələ daha ətraflı və detallı müzakirə edilək. Hətta Bakıda konkret razılıq da əldə edilə bilər.

Turan Rzayev
Globalinfo.azın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Aprel 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri