Icma.az
close
up
RU
Əliyev FİFA referisinə çatdı Hakimliyin mənzərəsi

Əliyev FİFA referisinə çatdı Hakimliyin mənzərəsi

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasında 2-ci tur geridə qalıb. Turda 4 oyun baş tutub. "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" matçları təxirə salınıb. Keçirilən 4 oyunda FİFA referilərindən heç biri iş başında olmayıb. Hakimlər Komitəsi milli dərəcəli hakimlərə güvənib. 

Fanat.Az-ın hesablamasına görə, 2-ci turda İnqilab Məmmədov, Rauf Cabarov, Rəşad Əhmədov və Əli Əliyev oyun idarə edib. Beləliklə, ilk iki turda 10 hakim təyinat almış olub. 
Yeri gəlmişkən, 2026/27 mövsümü üçün 15 baş hakim təsdiqlənib ki, onlardan FİFA referisi Elçin Məsiyev, eləcə də Cavid Cəlilov, Nicat İsmayıllı, Kamranbəy Rəhimov və Vüqar Həsənli hələ "siftə" etməyib.

Cari turda hakimlər 17 vərəqədən istifadə ediblər. Bu həftə qırmızı vərəqə alan olmayıb. Beləliklə, 2 turun yekununda sarı vərəqə sayı 41-ə çatıb. Startda 1 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 42-yə bərabər olub. Bu da orta hesabla hər turda 21, hər oyunda 4,2 vərəqə deməkdir. 

Ədalət təmsilçiləri 2-ci turda 17 vərəqədən 6-sı meydan sahiblərinə, 11-i isə qonaq komandanın oyunçularına göstəriblər. İki turun yekununa görə, 1-i qırmızı olmaqla, 17 vərəqə meydan sahiblərinin, 25-i isə qonaq komandanın oyunçularının payına düşüb.

İkinci turda hakimlərdən Əli Əliyev o birilərdən çox əlini cibinə atıb. O, 6 vərəqədən istifadə edib. Beləliklə, gənc hakim vərəqə sayına görə FİFA referisi Kamal Umudluya çatıb.

Kamal Umudlu - 1 oyun

meydan sahibi    1 sarı    1 qırmızı
qonaqlar    4    0
cəmi:    5   1

Əli Əliyev - 1 oyun

meydan sahibi    1          0 
qonaqlar             5          0
cəmi:                  6          0

Rəşad Əhmədov - 1 oyun

meydan sahibi   2      0 
qonaqlar            2      0
cəmi:                 4       0

İnqilab Məmmədov - 1 oyun

meydan sahibi 1   0
qonaqlar    3    0
cəmi:    4    0

Əliyar Ağayev - 1 oyun

meydan sahibi    2          0 
qonaqlar             2          0
cəmi:                  4          0

Fərid Hacıyev - 1 oyun

meydan sahibi   2      0 
qonaqlar            2      0
cəmi:                 4       0

Elvin Bayramov - 1 oyun

meydan sahibi  2    0
qonaqlar    2    0
cəmi:    4    0

Rəvan Həmzəzadə - 1 oyun

meydan sahibi    0    0
qonaqlar    4    0
cəmi:    4    0

Rauf Cabarov - 1 oyun

meydan sahibi 2   0
qonaqlar    1    0
cəmi:    3    0

Tural Qurbanov - 1 oyun

meydan sahibi 3   0
qonaqlar    0    0
cəmi:    3    0

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://fanat.az
archiveBu xəbər 24 Avqust 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri