Icma.az
close
up
RU
Əliyev imzaladı, Hacıyev Ağ Evə mesajı çatdırdı İki məqama diqqət

Əliyev imzaladı, Hacıyev Ağ Evə mesajı çatdırdı İki məqama diqqət

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-a səfəri bir çox baxımdan yüksək qiymətləndirilir.

O, səfər çərçivəsində senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Brayan Mast ilə görüşlər keçirib. Tərəflər Azərbaycan–ABŞ münasibətləri və regional sülh prosesinə dair müzakirələr apararaq əməkdaşlığın müsbət nəticələrini vurğulayıblar. Görüş zamanı Hikmət Hacıyev 907-ci düzəlişin ləğv olunmasının vacibliyinə diqqət çəkib və qarşı tərəfi Azərbaycana səfərə dəvət edib.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan–ABŞ münasibətləri 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilən görüşdən sonra tamamilə yeni mərhələyə qədəm qoyub:

“Bu, həm ikitərəfli münasibətlər baxımından, həm də ABŞ-ın Cənubi Qafqazda oynayacağı yeni rol kontekstində fərqli bir mərhələdir. İkitərəfli münasibətlərdə strateji tərəfdaşlıq xartiyasının imzalanması ilə bağlı qərar qəbul edildi. Azərbaycan Prezidenti İlham Əliyev bu xartiyanın hazırlanması üçün dərhal komissiya yaratdı. Sözügedən sənəd həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki belə xartiyalar ancaq ortaq məqsəd və hədəfləri olan ölkələr arasında imzalanır.


Hikmət Babaoğlu

Azərbaycanın sülh təşəbbüsləri regionda ABŞ-ın da iştirakçılığını artırıb. Bu isə rəsmi Vaşinqton üçün strateji maraq doğuran bir mövqedir. Belə bir şəraitdə iki ölkə arasında strateji tərəfdaşlığa mane ola biləcək hər hansı sənəd mövcud olmamalıdır. 907-ci düzəliş Vaşinqton-Bakı münasibətlərinin artıq köhnəlmiş siyasi reallıqlarına əsaslanırdı. Hazırkı əməkdaşlıq şəraitində bu cür neqativ keçmiş nümunələri gələcəyə daşımaq məqsədəuyğun deyil. ABŞ tərəfi də bunu anlayır.

Yeni mərhələdə 907-ci düzəlişə ehtiyac qalmayıb. Hikmət Hacıyevin keçirdiyi görüşlər bu istiqamətdə müsbət nəticələrə səbəb olacaq və iki ölkə arasında xoşagəlməzlik yaradan bu köhnəlmiş hüquqi sənəd, düşünürəm ki, yaxın gələcəkdə tarixin arxivinə göndəriləcək”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri