Icma.az
close
up
RU
Əliyev Putin görüşü Fransa mediasında:“Rusiya məsuliyyəti boynuna alır” Foto

Əliyev Putin görüşü Fransa mediasında:“Rusiya məsuliyyəti boynuna alır” Foto

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünən Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə Rusiya prezidenti Vldimir Putin arasında keçirilən görüş Fransa mətbuatında manşetləri bəzəyir. Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu məlumat “LeFigaro.fr” saytında “Rusiya 2024-cü ilin sonunda Azərbaycan təyyarəsinin qəzaya uğramasına görə məsuliyyəti boynuna alır” başlığı altında paylaşılıb. Xəbərdə deyilir ki, Rusiya prezidenti  Vladimir Putin azərbaycanlı həmkarı  İlham Əliyevlə söhbətində 2024-cü ilin sonlarında zenit raketlərinin dağıntılarına məruz qalan “Azərbaycan Hava Yolları”na məxsus  təyyarənin qəzaya uğramasına görə Rusiyanın məsuliyyət daşıdığını etiraf edib. Bakıdan Qroznıya uçan təyyarə 2024-cü il dekabrın 25-də qəzaya uğrayıb.

Bu faciə Rusiya ilə Azərbaycan arasında gərginliyin artmasına səbəb olub. Vladimir Putin bundan əvvəl üzr istəyib, faciə zamanı Rusiya raketlərinin atıldığını etiraf edib, lakin Rusiyanın məsuliyyətini birbaşa etiraf etməyib. Cümə axşamı Rusiya prezidenti izah edib ki, Rusiya hava hücumundan müdafiə vasitələri faciə günü Qroznı səmasında Ukraynaya məxsus pilotsuz təyyarələrin olması ilə əlaqədar fəaliyyət göstərib:

“Atılan iki (Rusiya) raket birbaşa təyyarəyə dəyməyib, bəlkə də özünü məhv etməklə bir neçə metr aralıda, təxminən 10 metr aralıda partlayıb. Ona görə də (təyyarənin) məhvi döyüş elementləri ilə deyil, daha çox raketlərin dağıntıları hesabına baş verib”.

O, İlham Əliyevə təzminat ödəyəcəyini və bu qəzada iştirak edənlərin qərarlarının araşdırılacağını vəd edib.

Qeyd edək ki, Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” təyyarəsi Qazaxıstanın qərbində, Xəzər dənizinin şərq sahilində qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Faciədən sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər kəskinləşdi. Məlum görüş V.Putinlə İlham Əliyev arasında faciədən sonra ilk görüş olub.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Oktyabr 2025 07:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri