Icma.az
close
up
RU
Əliyev Putin görüşünə Türkiyədən reaksiya: Rusiyanın məqsədi...

Əliyev Putin görüşünə Türkiyədən reaksiya: Rusiyanın məqsədi...

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Xəbər verdiyimiz kimi oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında təkbətək görüş olub.

Görüş zamanı Vladimir Putin mühüm açıqlamalar verib. O, ötən ilin dekabr ayında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bir daha başsağlığını çatdırıb. Qəzadan sonra telefon danışığı zamanı üzr istədiyini xatırladıb və baş vermiş hadisə üzrə araşdırmanın davam etdiyini və yaxın vaxtda başa çatacağını qeyd edib. Putin hadisə haqda bildirib ki, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş açılıb. Onun sözlərinə görə, atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib. Rusiya prezidenti bununla əlaqədar kompensasiyaların ödəniləcəyini və günahkarların cəzalandırılacağını deyib.

Globalinfo.az-a açıqlamasında Türkiyəli politoloq Engin Özer deyib ki, bu bəyanatlar Vladimir Putinin açıq bir şəkildə Azərbaycanla münasibətləri yaxşılaşdırmaq niyyətində olduğunu göstərir: Toyuqlu pizza

“Əslində, geosiyasi vəziyyəti bir kənara qoysaq, Rusiya ilə Azərbaycan arasındakı bu gərginliyin ən böyük səbəbi təyyarənin vurulması idi. Və Rusiyanın bunu etiraf etməsi ən azı, geosiyasi müstəvidə davam edən gərginliyə baxmayaraq, bu, yerlərdə, yəni dövlətlər arasında gündəlik münasibətlərdə gərginliyin azalmasına gətirib çıxaracaq. Vladimir Putin mühüm addım atdı. Başqa sözlə desək, bu etirafı xoş niyyət əlamətidir. Görünən odur ki, Rusiya Qafqazda daha çox gərginliyin olmasını istəmir və Azərbaycanla mövcud münasibətləri saxlamaq niyyətindədir. Bu, müsbət inkişafdır. Azərbaycan rəhbərliyinin qətiyyətli mövqeyi buna nəticə etibarilə mühüm təsir göstərib. Ona görə də müsbət prosesin başladığını deyə bilərik

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Oktyabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri