Icma.az
close
up
RU
ƏLİYEV VƏ PAŞİNYAN AĞ EVDƏ! Bu həftə Vaşinqtonda sülh sazişi imzalana bilər

ƏLİYEV VƏ PAŞİNYAN AĞ EVDƏ! Bu həftə Vaşinqtonda sülh sazişi imzalana bilər

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu həftənin cümə günü Vaşinqtonda görüşə hazırlaşırlar.

“AzPolitika” xəbər verir ki, bu barədə “Haqqin.az” saytı məlumat yayıb. Qeyd olunur ki, ABŞ paytaxtında keçiriləcək görüşün məqsədi iki ölkə arasında çoxdan gözlənilən sülh sazişinin imzalanmasıdır. Bu barədə Vaşinqtondakı mənbələr məlumat yayıblar.

Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp cümə günü Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qəbul edəcək.

Xatırladaq ki, tərəflər son dəfə iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə birbaşa danışıqlar aparıblar. Həmin görüşdə sülh sazişi mətninin paraflanması – yəni imzalanmayaq, amma razılaşdırılmış sənədin ilkin təsdiqi – müzakirə olunub. Azərbaycanın mövqeyinə əsasən, yekun sazişin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişikliklər edilməli və Qarabağa dair iddialardan imtina olunmalı, eyni zamanda ATƏT-in Minsk Qrupunun buraxılması sənədə daxil edilməlidir.

Lakin Ermənistan Konstitusiyasında qısa müddət ərzində dəyişikliklərin edilməsi real görünmür. Buna görə də rəsmi Bakı mart ayında razılaşdırılmış sənədin paraflanması variantını irəli sürüb. Hazırda hələlik dəqiq bilinmir ki, Əliyev və Paşinyan Vaşinqtona paraflama üçün, yoxsa yekun sülh sazişini imzalamaq üçün dəvət olunublar.

ABŞ rəsmiləri son günlərdə verdikləri açıqlamalarda Azərbaycan və Ermənistanın sülhə çox yaxın olduğunu bildirirlər. ABŞ Senatının respublikaçı üzvü Stiv Deyns “The Wall Street Journal”da dərc olunan məqaləsində Tramp administrasiyasının bu prosesdə ciddi irəliləyiş əldə etdiyini vurğulayıb.

“Prezident Tramp Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda sülh sazişi bağlamağa çox yaxındır. Bu, region və beynəlxalq sabitlik üçün böyük uğur, həm də iqtisadi faydaları uzaq coğrafiyalara qədər uzanan əlamətdar hadisə olar”, – deyə Deyns yazıb.

Senatorun sözlərinə görə, hər iki ölkə hazırda Rusiyanın bölgədəki dominant rolundan çıxmağa çalışır və ABŞ-nin prioritetlərinə uyğun müstəqil gələcək qurmaq istəyir.

Prezident Tramp da iyulun 18-də bəyan edib ki, tərəflər “sülhə çox yaxındır”. “Biz orada möcüzə yaratdıq. Saziş demək olar ki, hazırdır”, – deyə o bildirib.

Bundan başqa, Vaşinqtonun təşəbbüsü ilə təqdim olunan Zəngəzur dəhlizi planı da masadadır. Plana əsasən, Ermənistan ərazisindən keçən 42 kilometrlik kommunikasiya xətləri amerikalı özəl şirkət tərəfindən idarə olunacaq. Ermənistan tərəfi bu təklifi qəbul etməyə hazır görünür. Bu səbəbdən Ağ Evin həm də Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı elan edə biləcəyi ehtimal olunur.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Avqust 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri