Icma.az
close
up
RU
Əliyev və Paşinyanla Ağ Evdə görüşəcək Yeni sülh planı gündəmdədir?

Əliyev və Paşinyanla Ağ Evdə görüşəcək Yeni sülh planı gündəmdədir?

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi barədə məlumat yayılıb. Hələlik bu görüşlə bağlı rəsmi təsdiq olmasa da, ehtimallar yüksək qiymətləndirilir.

Mümkün görüşlə bağlı Sfera.az-a açqılama verən siyasi şərhçi Tural İrfanın sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi səmərəli xarici siyasət nəticəsində Ermənistanla sülhə nail olmaq üzrədir. Prosesin bu vaxta qədər uzanması isə sülhün dayaqlarının daha möhkəm olması məqsədilə baş verib.


“Etibarlı, köklü, əsaslı və dözümlü sabitliyə, sülhə imza atmaq böyük səylər və məsuliyyət tələb edir. Lakin görülən işlər göstərir ki, artıq bunlara nail olunub. Hətta ABŞ kimi dövlətlər də bu prosesin uğurlu olduğunu etiraf edirlər”, – deyə Tural İrfan bildirib.


Siyasi şərhçi qeyd edir ki, əgər Trampın ev sahibliyi edəcəyi görüş baş tutarsa, bu Vaşinqtonun sülh təşəbbüslərindəki aktivliyini və ABŞ Prezidentinin barışdırıcı imicini gücləndirmə niyyətini ortaya qoyur.


“Əvvəlki görüş BƏƏ-nin paytaxtı Əbu-Dabidə baş tutmuşdu və əsas müzakirə mövzusu Zəngəzur dəhlizi ilə bağlı məsələlər olmuşdu. Həmin görüşün nəticəsi müsbət elan edilmişdi. İndi isə sülhlə bağlı işlərin yekunlaşmaq üzrə olduğu müşahidə edilir”.


Tural İrfanın fikrincə, Ağ Evdə keçirilə biləcək görüşdə tərəflərin sülh müqaviləsini imzalaması gözlənilmir. Əsas məqsədin sülhə nail olmaq niyyətinin rəsmi şəkildə bəyan edilməsi olduğu bildirilir. Politoloq əlavə edib ki, belə hallar sülhün daha möhkəm və davamlı olacağına dair nikbinlik yaradır.


Qeyd edək ki, görüşün dəqiq vaxtı və detalları barədə hələlik rəsmi məlumat verilməyib. 


Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Avqust 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri