Icma.az
close
up
RU
Əliyev və Putin eyni məkanda: Kreml açıqlama yaydı 3 gün sonra nə yaşanacaq?

Əliyev və Putin eyni məkanda: Kreml açıqlama yaydı 3 gün sonra nə yaşanacaq?

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

31 avqust – 1 setyabr tarixlərində Çində baş tutacaq Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycan, Rusiya, Ermənistan və bir sıra başqa dövlətlərin liderlərinin iştirakı gözlənilir.

Son zamanlarda Bakı-Moskva münasibətlərində müşahidə olunan gərginlik, həmçinin iki ölkə rəsmilərinin təmaslarından sonra liderlərin Çində sözügedən sammit çərçivəsində bir araya gələ biləcəyi deyilir. Kremlin mətbuat katibi Dmitri Peskov da məsələyə münasibət bildirərək belə bir görüşün baş tutması halında ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Azərbaycanla Rusiya arasında münasibətlər son vaxtlar gərginləşib və bu, əsasən Moskvanın davranışları səbəbindən baş verir:

“Son bir neçə ayda Kemldən Bakıya təzyiqlər müşahidə olunur. Bu, sadə məsələ deyil və Rusiyanın hələ də Azərbaycana qarşı müxtəlif addımlar atacağı gözlənilir.

Moskva düşünür ki, Azərbaycan onun diqtəsi ilə hərəkət etməlidir. Eyni zamanda, Cənubi Qafqazda baş verən dəyişikliklərə də çox həssas yanaşır, regionun onun təsir dairəsində qalmalı olduğunu hesab edir. Bu səbəbdən bölgədə yaşanan dəyişikliklər Kreml üçün yolverilməzdir. Əslində bu mövqe müxtəlif bəyanatlarda və açıqlamalarda açıq şəkildə ifadə olunur.

Həmçinin oxuyun:

Putin Əliyevin dostu ilə danışmağa gedir – Supergüclərin Zəngəzur savaşı

Azərbaycan isə tam haqlı olaraq hesab edir ki, öz müstəqilliyini və suverenliyini möhkəmləndirməlidir. Ona görə də rəsmi Bakının təşəbbüsləri başadüşüləndir. Rusiyanın mövqeləri isə əsaslı və inandırıcı deyil, sadəcə təzyiq xarakteri daşıyır”.


Əli Mustafayev

Siyasi şərhçi bildirib ki, Azərbaycan–Rusiya liderlərinin görüşünün baş tutub-tutmaması sual altındadır:

“Amma belə bir görüşün olması, nəticə baxımından ciddi dəyişiklik gətirməyəcək. Çünki Azərbaycan artıq öz strateji kursunu müəyyənləşdirib və ondan geri dönməyəcək. Rusiya da mövqeyindən geri çəkilmək istəmir. Yalnız Moskvanın daxildə ciddi zəifləməsi halında biz yeni bir mənzərəni müşahidə edə bilərik.

Fikrimcə, burada əsas məsələ görüşün olub-olmamasından çox, Azərbaycanın suverenliyi möhkəmləndirmə siyasətini davam etdirməsidir. Yəni, nəticə etibarilə ən önəmli faktor budur”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Avqust 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri