Icma.az
close
up
RU
Əliyevalar sərgidə Fotolar

Əliyevalar sərgidə Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “ART Weekend” festivalının rəsmi açılışı olub. Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə paytaxtımızda başlayan “ART Weekend” bir sıra ölkələrdən incəsənət və mədəniyyət xadimləri, kuratorları bir araya gətirib.

“Qafqazinfo” xəbər verir ki, rəsmi açılışda “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Milli Məclisin sədri Sahibə Qafarova, mədəniyyət naziri Adil Kərimli və digər qonaqlar iştirak ediblər.

Festival günlərində paytaxtın müxtəlif sərgi salonları, muzeylər, təhsil ocaqları və ayrı-ayrı tarixi-mədəni məkanlarında sərgi, görüş, performanslar təşkil olunur. Festivalın Heydər Əliyev Mərkəzindəki açılış tədbirində isə “Mənim dənizlərim, mənim okeanlarım” (“My Seas, My Oceans”) sərgisinin və məşhur kolumbiyalı rəssam-heykəltaraş Fernando Boteronun əsərlərindən ibarət “Bədii formanın təntənəsi” (“The Triumph of Form”) sərgisinin təqdimatı keçirilib.

Açılış tədbirində qonaqlar “DanceAbility Azərbaycan” tərəfindən hazırlanan rəqsi də izləyiblər. “DanceAbility Azərbaycan” İnklüziv Performans Şirkətinin hədəfi ustad dərsləri, müəllim təlim proqramları, əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişləri vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdən ibarətdir.

İncəsənət festivalının açılışında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, bu günlərdə Azərbaycanda, xüsusilə də Bakı şəhərində çox mötəbər tədbirlər keçirilir. Məhz Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfədir ki, böyük “Art Weekend" Bakıda keçirilir. A.Ələkbərov qeyd edib ki, festival çərçivəsində paytaxtda 40-a yaxın incəsənət tədbirinin keçirilməsi nəzərdə tutulur: “Çox sevindirici haldır ki, incəsənətsevərlər bu gün burada bir araya gəliblər. Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn qonaqları salamlayıram. Fürsətdən istifadə edərək, Bakı sakinlərini, qonaqlarımızı bu gözəl tədbirləri izləməyə dəvət edirik. Hazırda Heydər Əliyev Mərkəzində ənənəvi sərgilər, konsertlər və konfranslar keçirilir. Bu gün isə məşhur kolumbiyalı rəssam-heykəltaraş Fernando Boteronun əsərləri burada nümayiş etdirilir”.

“Bədii formanın təntənəsi” sərgisinin kuratoru, Fernando Boteronun qızı Lina Botero çıxışında atasının yaradıcılığının mahiyyətinin, rəssamlıq və heykəltaraşlığın paralel inkişafı ilə bağlı olduğunu deyib: “Atam bir tərəfdən rəngkarlıqla məşğul olur, digər tərəfdən barmaqlarının gücü ilə formalar yaradaraq heykəllər ərsəyə gətirirdi. Bu gün onun monumental heykəlləri dünyanın bir çox böyük şəhərində sərgilənir. Əsərləri ən məşhur məkanlarda – Parisdəki “Champs-Élysées” prospektində, Nyu-Yorkdakı “Park Avenue”da nümayiş etdirilib. Ötən il, 2024-cü ildə isə Roma şəhərinin tarixi mərkəzində onun növbəti heykəltaraşlıq sərgisi açılıb”.

Lina Botero vurğulayıb ki, bu sərgilərdə təqdim olunan əsərlər Fernando Boteronun özünəməxsus, sadə, lakin dərin mənalı yaradıcılıq üslubunu əks etdirir.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirib ki, Azərbaycan rəssamlarının hər zaman Latın Amerikası sənətinə böyük marağı olub: “Həm onun təsviri sənətinə, həm ədəbiyyatına, həm də musiqisinə dərin maraq göstərilib. Bir çox rəssamımız Latın Amerikası sənətkarlarının yaradıcılığından ilham alıblar”, - deyə Fərhad Xəlilov diqqətə çatdırıb.

Sonra Fernando Boteronun əsərlərindən ibarət “Bədii formanın təntənəsi” sərgisi ilə tanışlıq olub.

Kolumbiyalı rəssam-heykəltaraş, insanları və heyvanları, eləcə də müxtəlif fiqurları nəhəng ölçüdə təqdim etməklə “Boterismo” üslubunu yaratmış Fernando Boteronun Heydər Əliyev Mərkəzində nümayiş olunan “Bədii formanın təntənəsi” adlı fərdi sərgisində rəssamın 100-dən çox məşhur əsəri təqdim edilir.

Sərgidəki əsərlər kolumbiyalı rəssamın 70 il ərzində yaratdığı sənət nümunələridir. Müəllifin işləri parlaqlığı, həyat doluluğu ilə seçilir. Ümumilikdə Botero 3000-dən çox rəsm əsəri, 200-dən çox heykəltaraşlıq nümunəsi yaradıb.

Fernando Botero dünyada geniş auditoriyanın diqqətini özünə çəkə bilib.

30-dan çox ölkədə 100-dək muzey sərgisi keçirilən, milyonlarla izləyicisi olan rəssam 20 yaşında Kolumbiyanı tərk etsə də, vətəni hər zaman onun ilham mənbəyi olub. Özünü “kolumbiyalıların ən kolumbiyalısı” adlandıran Boteronun əsərlərindəki mərkəzi mövzu uşaqlıq xatirələridir: Latın Amerikası həyatı, natürmortlar, korrida. Bununla da o, İtaliya intibahının universal ruhunu Latın Amerikasının həyat enerjisi ilə birləşdirib.

Heydər Əliyev Mərkəzində təqdim olunan “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin əsas mövzusu isə “Art Weekend” layihəsi ilə birbaşa əlaqəlidir. Festivalın əsas elementi kimi davamlılığın, yenilənmənin və ortaq yaddaşın rəmzi olan su seçilib. “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin əsas məqsədi də su ehtiyatlarının qorunmasına çağırışdır. Sərgi iqlim dəyişikliyi, qlobal istiləşmə və həssas ekosistemlər dövründə planetimizin ən həyati ehtiyatlarından biri – su mənbələrinin qorunmasının vacibliyini vurğulamaq məqsədi daşıyır. 2022-ci ildə Cenevrədəki debütü ilə su ekosisteminin mühafizəsinə dair qlobal dialoqun əsasını qoyan sərgi Bakıda ilk dəfədir təşkil edilir.

Sərgidə müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərlər təqdim olunur. Həmin əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir edilir. Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su, iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək bədii işlər vasitəsilə dənizlərimizin, okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırış edirlər.

Yer kürəsinin 70 faizindən çoxunu təşkil edən su ehtiyatları, dəniz və okeanların ekoloji sistemi getdikcə daha çox mənfi təsirə məruz qalır. Sərgi isə incəsənət vasitəsilə həmin təsirlərin azaldılması və qarşısının alınması, ümumiyyətlə qlobal məsələlərə diqqətin artırılması ismarışını dünyaya ötürür.

İtalyan heykəltaraş Cüzeppe Karta jurnalistlərə açıqlamasında “Art Weekend”in beynəlxalq səviyyəli tədbir olduğunu və layihənin şəhərin müxtəlif məkanlarında keçirildiyini bildirib. O qeyd edib ki, bu gün XX əsrin ən görkəmli heykəltaraşlarından olan Fernando Boteronun sərgisi açılır: “Düşünürəm ki, bir çox insan hələ onun yaradıcılığı ilə tanış deyil və bu sərgi onlar üçün maraqlı bir kəşf olacaq”.

İncəsənət müşaviri və kurator Viola Raikhel Azərbaycanda olduğu üçün böyük qürur hissi keçirdiyini bildirib: “Çox maraqlı bir həftəsonu yaşayırıq. Burada, Heydər Əliyev Mərkəzində bu qədər qeyri-adi sənət nümunələrini görmək məni tamamilə heyrətləndirir”.

Nyu-Yorkdan gələn naşir Sem Moris Azərbaycana ilk səfəri olduğunu bildirib. O qeyd edib ki, Bakının möhtəşəm memarlığı, ləziz təamları və zəngin mədəniyyəti var. “Zənnimcə, incəsənətdən dünyaya vacib mesajların yayılması üçün bir platforma kimi istifadə zəruridir. Təkrar emal, aşağı karbon izinə sahib olmaq və okean həyatına hörmətlə yanaşmaq okeanları təmiz saxlamaq səylərinə böyük töhfə verə bilər”, - deyə Sem Moris diqqətə çatdırıb.

İncəsənət tarixçisi və kuratoru Zelfira Tequlova bildirib ki, XX əsrin ən görkəmli rəssamlarından olan Fernando Boteronun sərgisinin açılışı Bakıda “Art Weekend”ə təsadüf edir. “Onun sənəti hər kəsə xitab edir, çünki böyük pozitiv enerji daşıyır, həm milli Kolumbiya ənənələrinə, həm də Meksikanın muralist məktəbinə bağlıdır. Eyni zamanda, Avropa klassik incəsənətinin dərin biliklərini özündə əks etdirir. Botero bütün bu təsirləri bənzərsiz şəkildə birləşdirir. Belə bir sənət hadisəsini Bakıda yaşamaq böyük sevincdir”, - deyə Zelfira Tequlova diqqətə çatdırıb.

Qeyd edək ki, paytaxtımızda ilk dəfə təşkil olunan “ART Weekend” festivalı noyabrın 2-dək davam edəcək.

































Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 05:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri