Əliyevdən diqqətçəkən Çin həmləsi: Bakının geosiyasi rolu güclənir
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan–Çin münasibətləri dinamik inkişaf mərhələsindən keçir və ikitərəfli əlaqələr siyasi, iqtisadi və strateji müstəvilərdə sürətlə dərinləşir. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Çin Xalq Respublikası ilə əlaqələrdən də bəhs etməsi bu kontekstdə xüsusi diqqət çəkir.
Sitat:
“Biz əmtəə dövriyyəsinin artdığını görürük. O, rekord həddə – 4 milyard dollara çatıb, hətta 20 faiz artaraq 4 milyard dolları da keçib. Bu, yəqin ki, bizim hər hansı bir ölkə ilə əmtəə dövriyyəmizdə ən böyük artımdır. Biz imzalanmış investisiya xarakterli müqavilələri görürük, Çin şirkətləri Azərbaycana fəal şəkildə investisiya qoymağa başlayıb, əvvəllər bu yox idi. Ayrıca investisiya layihələri var idi, amma belə böyük sayda və dövlət strukturları ilə bu cür koordinasiya şəraitində biz bunu müşahidə etmirdik. Yəni bu ondan xəbər verir ki, qarşılıqlı fəaliyyəti genişləndirmək üçün çox ciddi siqnal və impuls verilib”.
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Prezidentin Azərbaycan–Çin münasibətlərinə dair verdiyi açıqlamalar bir daha ölkəmizin strateji, geosiyasi və iqtisadi prioritetlərini, eləcə də balanslı siyasətini ortaya qoyur:
“Çinlə imzalanmış strateji və hərtərəfli tərəfdaşlıq sənədləri təkcə formal razılaşmalar deyil, iqtisadi, enerji, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığın sistemli və uzunmüddətli çərçivəsini müəyyən edən sənədlərdir. Bu sənədlərin nəticəsi olaraq Azərbaycan–Çin ticarət dövriyyəsi rekord həddə çatmış, Çin investisiyaları sürətlə artıb və Azərbaycanın müxtəlif iqtisadi sektorlarında modernləşmə prosesi güclənib.
Xüsusilə Orta Dəhliz və Zəngəzur dəhlizləri üzərindən tranzit və logistika imkanlarının genişlənməsi Azərbaycanın regional əhəmiyyətini xeyli artırır. Bu dəhlizlər vasitəsilə Bakı yalnız ticarət və nəqliyyat mərkəzi kimi deyil, həm də Çin və Avropa arasında strateji əlaqələndirici nöqtə kimi formalaşır. Bu baxımdan Azərbaycanın coğrafi mövqeyi və infrastruktur imkanları, həm xarici investisiyaların cəlb olunması, həm də regional inteqrasiyanın sürətlənməsi baxımından strateji əhəmiyyət kəsb edir”.
Politoloqun sözlərinə görə, Çinlə müştərək müəssisələrin yaradılması və hərbi-texniki əməkdaşlıq Azərbaycanın strateji diversifikasiyasını və müdafiə qabiliyyətini möhkəmləndirir:
“Burada yalnız hərbi avadanlıq tədarükü nəzərdə tutulmur, eləcə də müasir texnoloji sistemlərin, nəzarət və logistika imkanlarının transferi diqqət çəkir. Bu, Azərbaycanın yalnız iqtisadi, enerji və nəqliyyat sahəsində deyil, həm də təhlükəsizlik və müdafiə baxımından regionda mövqeyini gücləndirir.
Azərbaycan–Çin münasibətləri ilə bağlı inkişaf edən proses bir neçə mühüm nəticəni göstərir:
Birincisi, iqtisadi-strateji güc balansının dəyişməsi – Çin investisiyaları və ticarət əlaqələrinin genişlənməsi Azərbaycanın regional oyunçular qarşısında mövqeyini gücləndirir və Pekin üçün Cənubi Qafqazda etibarlı tərəfdaş statusunu təsdiqləyir.
İkincisi, hərbi-texniki və logistika imkanlarının inkişafı Azərbaycanın həm müdafiə, həm də tranzit potensialını artırır.
Üçüncüsü, geosiyasi diversifikasiya – Çinlə əməkdaşlığın güclənməsi Bakı üçün çoxvektorlu xarici siyasət yürütmək və böyük regional güclər arasında balans yaratmaq imkanı yaradır”.
R.Bayramov qeyd edib ki, bu əməkdaşlıq Azərbaycanın daxili modernləşmə və texnoloji inkişaf strategiyasını da dəstəkləyir:
“Çinlə birgə müəssisələrin yaradılması, enerji layihələrinin inkişafı və infrastruktur investisiyaları ölkənin iqtisadi dayanıqlığını artırır və gələcəkdə daha geniş regional əməkdaşlıq perspektivlərini açır.
Odur ki, Çinlə əməkdaşlığa yalnız sərmayə və ticarət məsələsi kimi baxmaq düzgün olmazdı. Bu, Azərbaycanın strateji, iqtisadi və təhlükəsizlik maraqlarını birləşdirən kompleks bir platformadır. Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə regional tranzit rolu, hərbi-texniki əməkdaşlıq və iqtisadi modernləşmə Azərbaycanın uzunmüddətli inkişafını təmin edən strateji sütunlar olaraq formalaşır. Bu baxımdan Prezident İlham Əliyevin açıqlamaları Azərbaycanın həm regional, həm də qlobal səviyyədə mövqeyini möhkəmləndirməyə yönəlmiş strateji vizyonunun açıq ifadəsi kimi qiymətləndirilə bilər”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 07 Yanvar 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















