Əliyevdən İranla bağlı açıqlama: Çox əla...
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tehranla Bakı arasında münasibətlər çox yaxşı səviyyədədir, İranla münasibətlərimiz əladır və bu əlaqələr davam edəcək. Bu yaxınlarda İran Prezidenti Məsud Pezeşkianı Xankəndi şəhərində qəbul etdik, bu, müsbət hadisə oldu.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumu çərçivəsində İranın “Mehr” agentliyinə müsahibəsində deyib.
“Araz çayı üzərindən dəhlizinin inşası prosesi yaxşı gedir və bu layihə bizim tərəfimizdən demək olar ki, başa çatıb və gözləyirik ki, İran şirkəti İrana aid olan hissəni tamamlasın. Biz Ağbənd-Kəlalə-Culfada bu dəhlizin mühüm hissəsini tamamladıq, hesab edirəm ki, bu layihə bu ilin sonuna kimi fəaliyyətə başlayacaq”, - prezident bildirib.
İlham Əliyevin sözlərinə görə, İran ərazisindən Culfaya marşrut tikilir və tezliklə dəmir yolu marşrutu kimi istifadəyə veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 20 İyul 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















