Icma.az
close
up
RU
Əliyevə yeni status verildi: Dünyanın gözü bu ərazimizdə Putin istəyir ki...

Əliyevə yeni status verildi: Dünyanın gözü bu ərazimizdə Putin istəyir ki...

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə son səfəri, təkcə iki ölkə arasında münasibətlər kontekstində deyil, həm də qlobal geosiyasi proseslər fonunda diqqət çəkdi. Dövlət başçısının Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yüksək səviyyəli tədbirində xüsusi qonaq kimi iştirakı, Azərbaycanın beynəlxalq miqyasda artan rolunun daha bir göstəricisi kimi dəyərləndirilir.

Analitiklərin fikrincə, yeni dünya düzəninin formalaşdığı bir vaxtda belə səfərlərin arxa planı və nəticələri təkcə diplomatik jestlərlə məhdudlaşmır.

Bu zirvə görüşü Azərbaycan üçün hansı strateji imkanları açdı? Çinin və digər aparıcı ölkələrin iştirakı ilə baş tutan tədbir Cənubi Qafqaza nə vəd edir?

Globalinfo.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın Çinə səfəri mühüm əhəmiyyət daşıyır:

“Bütün prosesləri izlədikdə Azərbaycan rəhbərliyinə olan münasibətin səviyyəsi bir daha aydın şəkildə görünür. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bu gün Qərbin təsirinə alternativ güc platformasına çevrilib. Burada Çin, Hindistan, İran, Rusiya və Türkiyə kimi güclü ölkələr təmsil olunur. Azərbaycanın bu mərkəzlərlə yaxın əlaqələri ölkənin xarici siyasət kursunu daha da gücləndirir.

Prezident İlham Əliyevin paradda xüsusi qonaq qismində iştirakı ölkəmizin aparıcı güc mərkəzləri ilə əməkdaşlıq səviyyəsini nümayiş etdirdi. Bu, heç də Qərblə münasibətlərdə problem yaratmaq məqsədi daşımır. Əksinə, rəsmi Bakı balanslaşdırılmış siyasət çərçivəsində həm Qərb, həm də Şərqlə münasibətlərini inkişaf etdirməkdə maraqlıdır. Azərbaycan hələ ŞƏT-ə üzv olmasa da, bəzi dairələrin bu prosesə maneə yaratmağa çalışdığı görünür. Məsələn, Hindistanın müəyyən addımları buna misal ola bilər. Lakin Çin tərəfinin verdiyi açıq və müsbət bəyanatlar Azərbaycanın təşkilatla əməkdaşlığı üçün ciddi stimul yaradır. Bu, ölkənin bütün sahələrdə – iqtisadi, siyasi və mədəni – manevr imkanlarını artıracaq”.

Həmçinin oxuyun:

Azərbaycan əleyhinə təbliğat iflasa uğrayır


Arzu Nağıyev 

Deputat əlavə edib ki, Çin kimi böyük gücün yüksək səviyyəli tədbirində Prezident İlham Əliyevin beynəlxalq arenada xüsusi qonaq kimi təqdim olunması, onun qütblərarası “körpü”, qeyri-blok siyasətinin lideri kimi tanınması Azərbaycanın apardığı daxili və xarici siyasətin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini göstərir:

“Bu səfərdə iqtisadi məsələlərə dair də mühüm razılaşmalar əldə olundu. Sərmayələrin cəlbi, logistika imkanlarının genişləndirilməsi, Cənubi Qafqazda Azərbaycanın lider rolunun təsdiqlənməsi, yeni dünya düzənində Şərq platformasında ölkəmizin yerinin möhkəmlənməsi və balanslaşdırılmış xarici siyasət kursunun uğurları özünü göstərdi.

Strateji tərəfdaşlıq münasibətləri də dərinləşməyə başlayıb. Orta Dəhliz layihəsi çərçivəsində əməkdaşlığın genişlənməsi, “Bir kəmər, bir Yol” təşəbbüsündə Azərbaycanın rolunun artması, Bakı–Tbilisi–Qars dəmir yolunun inkişaf etdirilməsi, Çinin Avropaya yüklərinin Gürcüstan və ya alternativ yollarla çatdırılmasında Ələt limanının əhəmiyyətinin artması, burada iri logistik şirkətin qurulması, Zəngəzur dəhlizinin açılması və regional daşımaların inkişafı üçün yeni sərmayə imkanlarının yaranması bu səfərin real nəticələridir”.

A.Nağıyev qeyd edib ki, Azərbaycan liderliyinin yüksək səviyyədə tanınması həm də Cənubi Qafqazda sülh və kommunikasiyaların açılması prosesinə dəstək verir:

“Bu, Ermənistanın Qərbə meyillənməsinə qarşı bir növ geosiyasi balans rolunu oynayır və regionun yalnız bir güc mərkəzinə bağlı qalmamasını təmin edir. Bütün dünya Rusiya–Azərbaycan münasibətlərinin necə davam edəcəyini izləyirdi. Sammit başa çatdıqdan sonra Rusiya Prezidenti Vladimir Putinin verdiyi bəyanat da diqqət çəkdi. O, “biz münasibətlərin daha da müsbət istiqamətdə inkişaf etməsini istəyirik və bu, belə də olacaq”, – deyə, bildirdi. Bu, onu göstərir ki, Moskva Bakının mövqeyini və ünvanladığı sualları ciddiyə almalı və cavab verməyə hazır olmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri