Əliyevin 9 May paradına qatılmamasına Zaxarovadan REAKSİYA
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“Rusiya Azərbaycanla bağlı məsələləri qarşılıqlı hörmət əsasında həll etməkdə qərarlıdır”.
Globalinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin 9 May – Faşizm üzərində Qələbə münasibətilə Moskvada keçirilən hərbi parad və tədbirlərə qatılmaması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
XİN rəsmisi iki ölkə arasında müşahidə olunan gərginliyə münasibət bildirib:
“Moskva Bakı ilə münasibətləri 2022-ci ildə imzalanmış “Müttəfiqlərin qarşılıqlı fəaliyyəti haqqında” bəyannamənin əsasında qurur. Rusiya bu sənədin bütün potensialını üzə çıxarmaq və yaranan bütün məsələləri qarşılıqlı fayda və hörmət əsasında həll etmək əzmindədir”.
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 15 May 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















