Icma.az
close
up
RU
Əliyevin çıxışında gizli mesaj: elə birinə işarə edildi ki... Vacib detallar

Əliyevin çıxışında gizli mesaj: elə birinə işarə edildi ki... Vacib detallar

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin yeni icra hakimiyyəti başçılarını qəbul edərkən səsləndirdiyi fikirlər siyasi kulislərdə geniş rezonans doğurub. Dövlət başçısının “vaxtilə mərkəzdən qanunsuz tapşırıqlar verən məmurlar” barədə çıxışı bir çox suallara yol açıb. Ölkə rəhbəri bildirib ki, həmin yüksək vəzifəli şəxslər illərlə yerlərdəki icra strukturlarına qanunsuz göstərişlər verərək idarəetmə sistemində ciddi pozuntulara yol açıblar. Onların bir qismi artıq məhkəmə qarşısında cavab verir.

Prezidentin bu açıqlaması kimlərə işarə edir? İzlər Ramiz Mehdiyev və onun ətrafına aid edilirmi? 

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, Prezidentin çıxışı yeni vəzifəyə təyin olunmuş icra başçıları üçün də açıq siqnal olub:

“Yeni təyin edilən icra başçıları Prezident Administrasiyasına subordinasiya olunub. Onlar orada daha sıx təmasda olan şəxslər vasitəsilə fəaliyyət göstərirlər. Tarixi baxımdan uzun illər ərzində bu rolu Ramiz Mehdiyev və komandası icra edib. Hazırda həmin şəxslərlə bağlı araşdırmalar davam edir. Bu göstərir ki, həbs olunan və araşdırılan insanlar yalnız icra hakimiyyəti başçıları ilə bağlı deyil, həm də digər dövlət qurumlarında məsuliyyət daşıyan şəxslərlə əlaqədar ola bilər”.

Xəyal Bəşirov

Hüquqşünas qeyd edib ki, İlham Əliyev çıxışında qanunsuz göstərişlərin yerinə yetirilməməsinin hüquqi məsuliyyət yaratmadığını da vurğulayıb:

“Bu, vəzifəli şəxslərə açıq siqnal idi, yəni onların fəaliyyətində qanunsuz və hüquqa zidd əməllər cəzadan kənar qalmayacaq. Sözügedən çağırış yalnız yeni təyin olunmuş icra rəhbərlərinə aid deyil, həm də digər həmkarlarına, Prezidentin xüsusi nümayəndələrinə və başqa vəzifəli şəxslərə də şamil olunur. İlham Əliyev həm qanunvericilik, həm də cinayət prosessual qanunvericiliyinə uyğun olaraq çıxışını planlayıb və ibtidai istintaqın gedişatına mane olmamaq üçün bəzi detalları açıqlamayıb. Dövlət başçısına məlum olan məlumatlar kifayət qədər ciddi və əhatəlidir. Hələ ki, bu, cəmiyyətə çatdırılmayıb, lakin gələcəkdə açıqlanacağı gözlənilir”.

Ekspert bildirib ki, icra başçıları bölgələrdə dövlət başçısını təmsil edirlər:

“Prezidentin hər bir şəxslə birbaşa təmasda olması mümkün deyil. Ona görə də icra başçıları göstərişləri mərkəzdən və əlaqədar şəxslərdən alırlar. Əvvəllər bəzi qanunsuz göstərişlər verilib və bunu edənlər hüquqi məsuliyyətə cəlb olunub. Bu baxımdan ölkə başçısının sözləri o deməkdir ki, icra başçılarından tutmuş, xüsusi nümayəndələr və digər vəzifəli şəxslər fəaliyyətin qanunauyğunluğu bilməli, bunu təmin etməlidirlər.

Hazırkı mərhələdə Ramiz Mehdiyevlə bağlı cəmiyyətə aydın olan bilgilər istintaqın ibtidai mərhələsini əhatə edir. İcra başçıları və digər vəzifəli şəxslər artıq başa düşürlər ki, onların fəaliyyəti yalnız Prezidentin siyasətinə uyğun olmalıdır, qanunsuz göstərişlərin yerinə yetirilməsi isə ciddi məsuliyyət doğuracaq. Bu kontekstdə, həbs olunan və araşdırılan şəxslərdən kimlərin icra hakimiyyəti orqanları ilə sıx təmasda olduğu, kimlərin göstəriş verdiyi artıq cəmiyyətdə məlumdur. Lakin tam informasiya istintaqın tamamlanmasından sonra açıqlanacaq. Prezident İlham Əliyevin çıxışı göstərir ki, dövlətin idarəçiliyində şəffaflıq, qanunauyğunluq və məsuliyyət hər zaman prioritetdir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri