Icma.az
close
up
RU
Əliyevin Fələstinlə bağlı dedikləri yerində bir qərardır

Əliyevin Fələstinlə bağlı dedikləri yerində bir qərardır

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

MediaTürk TV ekranlarında Serdar Şengülün aparıcılığı ilə yayımlanan “Net Baxış 360 Dərəcə” proqramının son buraxılışında Türkiyə Ulusal Kurtuluş və And Birliyi Partiyasının sədri, eyni zamanda Atabəy 19 Türk Ocaqları başqanı Hüseyn Haqqı Kahveci qonaq olub.

Modern.az xəbər verir ki, Kahveci regional və qlobal proseslərlə bağlı verdiyi diqqətçəkən açıqlamalarla geniş rezonans doğurub.

İlham Əliyevin qərarı türk dünyasında müsbət qarşılanıb

Proqramda Azərbaycan Prezidenti İlham Əliyevin Fələstinə hərbi qüvvə göndərilməməsi ilə bağlı qərarını dəyərləndirən Kahveci, bu addımın son dərəcə düzgün və strateji baxımdan yerində olduğunu bildirib. O, bu mövzuda Ulu Öndər Mustafa Kamal Atatürkün məşhur sözünü xatırladıb:

“Heç bir türk övladı ərəblər üçün ölməyəcək.”

Kahveci qeyd edib ki, Prezident İlham Əliyevin bu mövqeyi yalnız Azərbaycanda deyil, bütün Türk dünyasında müsbət qarşılanıb və milli maraqlara əsaslanan dövlət siyasətinin bariz nümunəsidir.

İrandakı etirazlar şişirdilir...

Hüseyn Haqqı Kahveci İranda baş verən etiraz aksiyalarına da toxunaraq, mövcud proseslərin rejim dəyişikliyinə səbəb olacaq səviyyədə olmadığını vurğulayıb. O, bəzi media qurumlarının İrandakı hadisələri qəsdən şişirtdiyini və real vəziyyətin təqdim ediləndən fərqli olduğunu bildirib.

"İran qlobal xaosun başlanğıcı ola bilər"

ABŞ-ın İrana yönəlik son təhdidlərini şərh edən Kahveci, Vaşinqtonun hazırda “yaxşı polis – pis polis” siyasəti apardığını deyib. Onun sözlərinə görə, ABŞ-ın əsas hədəfi Xəzər hövzəsindəki enerji və təbii ehtiyatlardır.

Kahveci bu kontekstdə Türk dünyasının son dərəcə ayıq-sayıq olmalı olduğunu vurğulayaraq, məsələyə yüksək həssaslıqla yanaşılmasının vacibliyini qeyd edib.

"Cənubi Azərbaycanlılar İrandan ayrılmamalıdır"

Proqramda Cənubi Azərbaycan mövzusu da xüsusi yer tutub. Kahveci, Cənubi Azərbaycan türklərinin İrandan ayrılaraq ayrıca dövlət quracağı fikri ilə razılaşmadığını bildirib. O, türk əsilli iranlıların dövlət idarəçiliyinin müxtəlif pillələrində mühüm mövqelərə sahib olduqlarını qeyd edib.

Kahveci daxili təxribatlara qarşı xəbərdarlıq edərək, Cənubi azərbaycanlıların bu cür oyunlara aldanmamalı olduğunu vurğulayıb.

Soyuqqanlı və strateriji yanaşma çağırışı

Hüseyn Haqqı Kahvecinin açıqlamaları boyunca əsas mesaj soyuqqanlılıq, milli maraqlar və strateji düşüncə olub. Serdar Şengülün aparıcılığı ilə yayımlanan “Net Baxış 360 Dərəcə” proqramı, regionda baş verən hadisələri fərqli baxış bucağından analiz edərək tamaşaçılara dərin və yadda qalan şərhlər təqdim etməyə davam edir.

Serdar Şengül

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri