Icma.az
close
up
RU
Əliyevin mesajından sonra... Bu gün mühüm görüş keçirilir

Əliyevin mesajından sonra... Bu gün mühüm görüş keçirilir

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bu gün Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirinin müavinlərinin iştirakı ilə regional əməkdaşlıq üzrə üçtərəfli danışıqlar keçiriləcək. Məlum olduğu kimi, Gürcüstan daha əvvəl İrəvan və Bakı arasında sülh sazişinin imzalanması üçün də öz platformasını təqdim etməyə hazır olduğunu bəyan etmişdi.

Görüş nəyə hesablanıb?

Globalinfo.az-a danışan siyasi təhlilçi Füzuli Qurbanov deyib ki, bu, perspektivli formatdır:

“Bunun təşəbbüskarı Azərbaycan Prezidentidir. Prezident İlham Əliyev ADA-da çıxışı zamanı bir daha işarə etdi ki, Cənubi Qafqaz ölkələri əvvəlki kimi öz aralarında münasibət qura və bir yerdə sülh şəraitində yaşaya bilərlər. Əsas ideya da məhz bundan ibarətdir. Ona görə də Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin müavinlərinin Tbilisidəki görüşü müsbət haldır. Bu, region dövlətlərinin öz işlərini, problemlərini, məsələlərini və əməkdaşlıq perspektivlərini özlərinin həll etmək niyyətində olduqlarını, eyni zamanda bu iradəni nümayiş etdirdiklərini göstərir.

Füzuli Qurbanov

Hazırda müxtəlif istiqamətlərdən regiona müdaxilə etmək istəyənlər çoxdur. Hər birinin də əlində humanitarlıq və faydalılıq bayrağı var. Lakin onların hər biri öz maraqlarını güdür”.

Füzuli Qurbanovun sözlərinə görə, sülh məsələsində Tbilisi platforması rəmzi məna daşıyır:

“Yəni Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması tərəflərin öz iradəsindən asılıdır. Gürcüstan isə qonşu ölkə kimi bu prosesə töhfə verməyə çalışır. Azərbaycan regionun aparıcı dövləti olaraq, region məsələlərinin yerli ölkələr tərəfindən həll olunması platformasını addım-addım reallaşdırır”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Aprel 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see274

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see193

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see192

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see191

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see183

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see182

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see181

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see180

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see180

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see180

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see179

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see179

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see176

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see175

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see174

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see172

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see171

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see171

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri