Icma.az
close
up
RU
Əliyevin qərarına Rusiyanın cavabı Kremlin əsl niyyəti budur

Əliyevin qərarına Rusiyanın cavabı Kremlin əsl niyyəti budur

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova jurnalistlərin Azərbaycan Prezidenti İlham Əliyevin 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə Moskvada keçirilən hərbi parad və digər tədbirlərdə iştirak etməməsi ilə bağlı suallarını cavablandırıb. Qeyd edib ki, “Rusiya Azərbaycanla bağlı məsələləri qarşılıqlı hörmət əsasında həll etməkdə qərarlıdır”.

Zaxarova iki ölkə arasında müşahidə olunan gərginliyə toxunaraq bildirib ki, Moskva Bakı ilə münasibətləri 2022-ci ildə imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” bəyannamə əsasında qurur.

Zaxarovanın sözləri hazırkı şəraitdə necə dəyərləndirilməlidir? Kreml Bakı ilə münasibətləri düzəltmək üçün hansı addımları ata bilər?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Rusiya ilk növbədə Azərbaycanla bağlı mövqeyini dəqiqləşdirməlidir:

“Rəsmi Moskva Azərbaycan əleyhinə danışan şəxsləri susdurmalı və bu prosesi dayandırmalıdır. Bir müddət öncə Azərbaycan mediasına geniş kiberhücumlar təşkil edildi. Bu prosesin bir daha təkrarlanmaması vacibdir.

(Aktauda qəzaya uğramış AZAL təyyarəsi)

Ümumiyyətlə, hazırda açıq qalan suallar çoxdur. Rəsmi Moskva izah etməlidir ki, niyə Azərbaycan əleyhinə informasiya cəbhəsi açılır.

Bakının Kremldən konkret gözləntiləri var. Bunlardan ən önəmlisi, təyyarəmizlə bağlı müvafiq istintaqın aparılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsidir. Mariya Zaxarova bu açıqlamalardan əvvəl Bakının suallarına cavab verməlidir. Quru sözlərlə gərginlik aradan qalxmaz”.

Politoloq Kamran Sultanlı isə deyib ki, Moskva üçün Azərbaycanla münasibətlərin normallaşması və təyyarə insidentinin gündəmdən çıxarılması olduqca önəmlidir:

“Rusiya əvvəlcə hadisəni ört-basdır etmək məqsədilə “Alfa Sığorta” şirkəti vasitəsilə kompensasiya vəd etdi, sonra isə Ramzan Kadırovun üzrxahlığı və məsuliyyəti üzərinə götürməsi ilə məsələni bağlamağa çalışdı. Lakin Azərbaycan Prezidenti prinsipial mövqeyindən geri çəkilmədi.

Rəsmi Bakı üçün Rusiya dövlətinin şəkildə üzr istəməsi, kompensasiya ödəməsi, hadisəni etiraf etməsi və günahkarların cəzalandırılması vacibdir.

Hesab edirəm ki, Mariya Zaxarovanın açıqlaması vəziyyətin nəzarətdə saxlanıldığını göstərmək və Rusiya tərəfinin simasını qorumağa yönəlmiş diplomatik addımdır”.

K.Sultanlının fikrincə, Rusiya tərəfi Prezident İlham Əliyevin Moskvaya səfəri üçün müxtəlif yollarla təzyiqlər göstərdi:

“Nəticə əldə olunmadıqda diplomatik və yumşaq üsullara keçildi. Bu səylərə Federasiya Şurasının sədri Valentina Matviyenkonun, Rus Pravoslav Kilsəsinin Patriarxı Kirilin Bakıya səfəri və ən əsası, Tacikistan və Belarus liderlərinin vasitəçiliyi ilə Rusiya və Azərbaycan prezidentləri arasında baş tutan telefon danışığını misal göstərə bilərik”.

(Prezident İlham Əliyevin Bütün Rusiyanın Patriarxı Kirilllə görüşü. 4 may 2025-ci il)

Ekspert əlavə edib ki, 9 May Qələbə Gününün yalnız Rusiya tərəfindən “özəlləşdirilməsinə” yol verməmək də Azərbaycanın prinsipial mövqeyidir:

“Bu baxımdan Azərbaycan nümayəndə heyətinin Moskvadakı tədbirlərdə iştirakı, ordunun nümayəndələrinin paradda olması həm siyasi mesaj, həm də Azərbaycanın qalib dövlət imicinin nümayişi baxımından əhəmiyyətli idi”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 May 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see234

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see165

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see151

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see146

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see143

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see141

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri