Icma.az
close
up
RU
Əliyevin Ştaynmayerə sözləri diqqət çəkdi Qaçış yoxdur

Əliyevin Ştaynmayerə sözləri diqqət çəkdi Qaçış yoxdur

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aprelin 2-də Prezident İlham Əliyevin ölkəmizdə səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə mətbuata birgə bəyanatında sülh prosesinə dair sözləri diqqət çəkib.

Dövlət başçısı bu günə qədər sülh müqaviləsinin mətninin tam razılaşdırıldığını təsdiqləyib və onun 17 paraqrafdan ibarət olduğunu bildirib. Prezident vurğulayıb ki, Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür, hər şey Ermənistana bəllidir.

İlham Əliyev rəsmi İrəvanın Bakının irəli sürdüyü ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbləri ilə bağlı hər hansı ciddi addım atmadığını qeyd edib. O, mövcud konstitusiyanın Azərbaycana qarşı ərazi iddialarını şərtləndirdiyini, bu səbəbdən dəyişdirilməli olduğunu söyləyib.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, sülh sazişinin 17 bəndi razılaşdırılsa da, müqavilədən əlavə ortaq məxrəcə gəlinməsi mütləq olan iki məsələ də var:

“Prezident İlham Əliyev almaniyalı həmkarı ilə görüşdə sözügedən məsələləri bir daha diqqətə çatdırdı. Bunlar ATƏT-in Minsk qrupu ləğv edilməsi və Ermənistan konstitusiyasının dəyişdirilməsidir.


Elxan Şahinoğlu

Rəsmi İrəvan bu tələbləri yerinə yetirməlidir, məsələdən qaçış, ya da yayınma imkanları yoxdur. Ölkə başçısının qeyd olunan istiqamətdə mövqeyi də çətin ki, bundan sonra dəyişsin. Lakin Bakının iki tələbi də yerinə yetirilərsə, sülh müqaviləsi imzalana bilər.

Bu iki bənd ona görə sülh sazişinin mətninə salınmayıb ki, müqavilə daha da mürəkkəbləşməsin. Lakin ən az 17 bənd qədər mühüm və vacibdir. Ona görə də, İrəvan ən qısa zamanda bu tələblərə riayət etməli, sülh imzalanmalıdır”.

Qeyd edək ki, Almaniya prezidenti ölkəmizə gəlmədən öncə Ermənistana səfər edib. Burada baş nazir Nikol Paşinyan və hökumət nümayəndələri ilə görüşüb.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Aprel 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri